Sabah qar yağacaq, yollar buz bağlayacaq
Fevralın 26-da gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Adalet.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 4-6° isti olacaq. Atmosfer təzyiqi 776 mm civə sütunu olacaq. Nisbi rütubət 55-65 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-7° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 11-16° şaxta, gündüz 1-6° şaxta olacaq.
Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.
Digər Xəbərlər
05 Oktyabr 2026 00:03
Ermənistanın Bərdəni ilk dəfə raket atəşinə tutmasından 6 İL ÖTÜR
04 Oktyabr 2026 18:55
Gəncədə yeniyetmələr pizzadan zəhərləndi
04 Oktyabr 2026 18:51
Qəzada yaralanan 13 yaşlı məktəbli - Vəfat etdi
04 Oktyabr 2026 17:15
Sabiq prorektor dünyasını dəyişdi
04 Oktyabr 2026 10:38
Şəfəq qəsəbəsində yaşayış binasında partlayış olub, yaralanan var - VİDEO
04 Oktyabr 2026 09:25
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il keçir
03 Oktyabr 2026 17:00
Bakı metrosunda kişi öldü
03 Oktyabr 2026 15:26


Bakı -°C

