Sabah məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə start veriləcək
2026-2027-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarına qəbul çərçivəsində məktəb seçimi mərhələsi iyulun 21-də başlayır.
Adalet.az xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) məlumatına əsasən, valideynlər iyulun 21-i saat 11:00-dan etibarən Bakı şəhəri istisna olmaqla, ölkənin digər şəhər və rayonlarında məktəb seçimini həyata keçirə biləcəklər.
Bakı şəhəri üzrə seçim prosesi həmin gün saat 15:00-da, tədris digər dillərdə aparılan bölmələr üzrə isə iyulun 22-si saat 11:00-da başlayacaq.
Qeydiyyat mektebeqebul.edu.az portalı vasitəsilə aparılır və sentyabrın 14-ü saat 18:00-dək davam edəcək.
Məktəbəhazırlıq qruplarına yalnız 2021-ci il təvəllüdlü, yəni bu il 5 yaşı tamam olan uşaqlar qəbul edilir.
Xatırladaq ki, məktəbəhazırlıq qruplarına elektron qeydiyyat iyulun 10-dan başlayıb. Həmçinin 2026-2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qəbul prosesi mayın 6-dan etibarən davam edir.
MÜTDA-nın məlumatına görə, bu il Azərbaycan bölməsi üzrə 81 minə yaxın uşaq məktəbəhazırlıq qruplarından avtomatik olaraq birinci sinfə keçirilib.
Digər Xəbərlər
20 Iyul 2026 20:37
“Bu 20 yeri təsadüfi şəkildə kodlaşdırmaq olmaz” - DİM sədri
20 Iyul 2026 12:12
Lisey və gimnaziyalara seçimlərin nəticələri açıqlandı
20 Iyul 2026 11:30
“Dil bilmək insanın peşəkar səviyyəsini avtomatik müəyyən etmir”
17 Iyul 2026 17:00
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır
17 Iyul 2026 16:48
II və III ixtisas qrupları üzrə - NƏTİCƏLƏR
17 Iyul 2026 10:46
“Övladlarınız sizə hər nə qədər bal topladıqlarını desələr belə...”
17 Iyul 2026 10:45
“Bir çox gənc kollec təhsilini universitetə keçid üçün vasitə kimi görür” - Ekspert
16 Iyul 2026 13:14


Bakı -°C

