Bu məktəblərdə şagirdlər ali məktəbə hazırlanacaq - SİYAHI
2026-2027-ci tədris ilində yeni təmayül tədris modeli Bakı şəhərindəki 31 ümumi təhsil müəssisəsini əhatə edəcək.
Adalet.az xəbər verir ki, paytaxt üzrə 313, 136, 71, 88, 182, 290, 106, 116, 337, 96, 239, 26, 320, 114, 263, 194, 253, 21, 283, 196, 45, 19, 227, 135, 302, 104, 51, 144, 262 nömrəli tam orta məktəblər, həmçinin 70 və 299 nömrəli məktəb-liseydə yeni təmayül tədris modelinin tətbiqinə başlanılacaq.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən tam orta ümumtəhsil müəssisələrində X-XI siniflər üçün nəzərdə tutulan yeni təmayül tədris modelinə şagird və müəllimlərin qeydiyyat prosesi davam edir.
Yeni təmayül tədris modeli tam orta təhsil səviyyəsində məktəbin akademik rolunun gücləndirilməsinə, şagirdlərin ali təhsilə hazırlıq prosesinin məktəb daxilində daha səmərəli təşkilinə xidmət edir.
Modelin əsas məqsədi şagirdlərin əlavə hazırlıq kurslarına ehtiyac duymadan məktəbdə təşkil olunan gücləndirilmiş tədris prosesi vasitəsilə ali təhsil müəssisələrinə qəbul üçün zəruri bilik və bacarıqlara yiyələnməsini təmin etməkdir. Yeni model çərçivəsində tədris prosesi təmayül istiqamətləri üzrə daha məqsədyönlü şəkildə təşkil olunacaq, şagirdlərin seçdikləri ixtisas istiqamətlərinə uyğun fənlər üzrə bilik və bacarıqlarının inkişafına xüsusi diqqət yetiriləcək. Bu yanaşma onların gələcək təhsil hədəflərinə daha sistemli və effektiv şəkildə hazırlaşmasına şərait yaradacaq.
Qeydiyyat prosesində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən tam orta ümumtəhsil müəssisələrinin X və XI sinif şagirdləri iştirak edə bilərlər. Tədris prosesinin keyfiyyətinin yüksəldilməsi məqsədilə qabaqcıl pedaqoji təcrübəyə malik müəllimlər də yeni təmayül tədris modelinə cəlb olunurlar. Seçim zamanı peşəkarlıq, pedaqoji fəaliyyət göstəriciləri və tədrisin keyfiyyətinə təsir edən digər meyarlar nəzərə alınır.
Yeni təmayül tədris modelində iştirak etmək istəyən şagird və müəllimlər elektron sistem vasitəsilə müraciət edə bilərlər.
Digər Xəbərlər
14 Iyul 2026 17:02
MİQ üzrə test imtahanlarının ilk gününün nəticələri açıqlandı
13 Iyul 2026 21:14
DİM-dən beynəlxalq dil sertifikatları haqda iddialarla bağlı AÇIQLAMA
12 Iyul 2026 14:30
Bugünkü imtahanda 12 nəfərdə telefon aşkarlandı
10 Iyul 2026 14:56
Xaricdə təhsil adı ilə dələduzluq edənlərlə bağlı MÜRACİƏT
09 Iyul 2026 11:06
Dövlət İmtahan Mərkəzinin şəffaf sistemini qurmaq bu qədər çətindir?
09 Iyul 2026 10:47
Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul başladı
08 Iyul 2026 11:59
Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri açıqlandı
07 Iyul 2026 20:12


Bakı -°C

