Bu il keçiriləcək buraxılış və qəbul imtahanlarının qrafiki açıqlandı
Bu il keçiriləcək buraxılış və qəbul imtahanlarının qrafiki açıqlanıb.
Adalet.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Belə ki, Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı iki zona olmaqla 9 və 15 mart tarixlərində keçiriləcək. Abşeron, Sumqayıt, Gəncə şəhərlərində yerləşən məktəblərin şagirdlərinin imtahanı hərəkət intensivliyinin azaldılması məqsədilə iki imtahan gününə bölünüb. Peşə liseylərinin məzunları liseyin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixlərdə imtahan verirlər (Sumqayıt və Abşeronda yerləşən peşə liseylərinin məzunları martın 9-da imtahan verəcəklər).
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı isə üç zona üzrə 5, 12 və 26 aprel tarixlərində təşkil olunacaq. İmtahandan 1 ay öncə zonalara aid olan şəhər və rayonlar haqqında məlumat veriləcək.
Ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün bütün abituriyentlərin qeydiyyatı (ərizə qəbulunun I mərhələsi) 18 fevral – 5 mart tarixlərində aparılacaq.
Əvvəlki illərin məzunları üçün ali təhsil müəssisələrinə qəbul imtahanının birinci mərhələsi aprelin 19-da keçiriləcək.
I, II, III və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə uyğun sınaq imtahanı may ayında təşkil olunacaq. I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının ikinci mərhələsinin birinci cəhdi may – iyun aylarında keçiriləcək. Bu imtahanlarda iştirak etmək üçün qeydiyyat isə aprel – may aylarında aparılacaq.
İmtahanların qrafiki ilə cədvəldə tanış ola bilərsiniz.
Digər Xəbərlər
10 Mart 2026 20:22
Nazir işğaldan azad olunmuş ərazilərdə çalışan müəllimlərlə görüşüb - FOTOLAR
10 Mart 2026 15:42
Elm və təhsil naziri Xankəndi və Xocalıda təhsil müəssisələrində olub - FOTOLAR
10 Mart 2026 14:06
Azərbaycan Universitetinin əməkdaşları dərs vəsaiti hazırlayıblar
10 Mart 2026 12:17
Buraxılış imtahanı sualaları çətin olub? - DİM-dən AÇIQLAMA
10 Mart 2026 10:04
İmtahan nəticələrinin 7 həftə ərzində elan olunması nəzərdə tutulub
09 Mart 2026 09:20
Bu gün 58 mindən çox şagird buraxılış imtahanı verəcək
06 Mart 2026 12:23
Tələbə olmaq istəyənlərin NƏZƏRİNƏ - Qəbul prosesi başa çatdı
05 Mart 2026 12:27


Bakı -°C

