adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
09 Fevral 2018 17:37
12431
DÜNYA

Saakaşvilinin həbs xəbəri yalan çıxdı - Açıqlama

Ukraynanın Təhlükəsizlik Xidməti orqanları Odessa əyalətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin "Alfa” xüsusi təyinatlı dəstələri tərəfindən saxlanılması xəbərini təkzib edir.

Bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat katibi Yelena Qitlyanskaya danışıb.

"İnformasiya həqiqəti əks etdirmir”, - Qitlyanskaya deyib.

Qeyd edək ki, Mixail Saakaşvilinin tərəfdarlarından biri David Sakvarelidze sosial şəbəkədə "Alfa” xüsusi təyinatlılarının siyasətçini saxlamaq üçün "Kiyev” otelinə girdiyini yazmışdı.(axar.az)