adalet.az header logo
  • Bakı -°C
13 Oktyabr 2026 10:18
69
SİYASƏT
A- A+

Tramp Zelenskini təslim olmağa məcbur edir – Politoloq 

Donald Tramp Volodimir Zelenskini təslim olmağa, kapitulyasiyaya məcbur edir. D.Tramp və V.Putin telefon danışığında Ankoric razılaşmalarına qayıdıb. D.Trampın enerji atəşkəsi elan etməsi təktərəfli olaraq Ukraynaya şamil edib. Rusiya Ukraynanın enerji infrastrukturuna zərbələrini davam etdirir”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. 

“Göründüyü kimi, D.Tramp Rusiyaya ciddi referanslar edir. Rusiyanın Ukraynada qalib gəlməsi Azərbaycan daxil olmaqla Rusiyanın qonşuları üçün təhdiddir. Qeyd edim ki, V.Zelenski ABŞ təzyiqlərinə boyun əyməyəcək. Ukraynanın müqaviməti davam edəcək. Rusiya tərəfi bundan sonra Ukraynaya qalib gəlmək şansları yoxdur. D. Trampın bu siyasəti noyabrda keçiriləcək kongres seçkilərində respublikacıların məğlub olmasına gətirib çıxara bilər.Rusiya ilə ticarət sövdələşməsi Cənubi Qafqaza da öz mənfi təsirini göstərə bilər. Xüsusilə, D.Tramp Zəngəzur dəhlizi -TRİP marşurutunda Rusiyaya müəyyən bir iştirak payı verə bilər”, - deyə o, bildirib.

Vasif ƏLİHÜSEYN