“Sonrakı peşmançılıq fayda verməyəcək”
“Bu dəfə İran agenturası Azərbaycan əleyhinə qız və qadınlardan istifadə edir. Tam məsuliyyətimlə deyirəm: İran rejiminin Azərbaycan ərazisindəki agentura şəbəkəsi bu dəfə ciddi şəkildə cəzalanacaq. Bəzi valideynlər və şagirdlər etiraz edə bilərlər, amma bu çirkli İran oyunlarına alət olmasınlar. Dövlət əmlakına zərər vuran, etiraz aksiyalarında zorakılığa yol verənlər peşman olacaq”.
Adalet.az xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib.
“Azərbaycan dövləti qadın və qızlara bir qədər təmkinlə yanaşa bilər, bundan süni istifadə edənlərə isə qanunun tələbləri sərt şəkildə izah ediləcək. Qız və qadınlar öndə olmasaydı, dövlət bu iğtişaşları və iştirakçıları bir gündə məsuliyyətə cəlb edərdi. Dünyanın nüvə dövlətlərinin bir neçəsi birləşsə də, Azərbaycan dövlətinin qərarlarına təsir edə bilməyib. Dövlətin qadına və qıza təmkinli münasibətinin sərhədinin bitdiyi nöqtəni tapmağa çalışmayın. Onun səbrini sınamayın. Sonrakı peşmançılıq fayda verməyəcək. Dağıtdığınız məktəb elm mənbəyidir, həm də dövlət əmlakıdır. Bu əmlak bizim vergilər hesabına inşa edilib. Nə etdiyinizi düşünün, məsuliyyətimizi dərk edin. Sonra gec ola bilər”, - deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
13 Oktyabr 2026 11:04
Milli Məclisin iclası başladı
13 Oktyabr 2026 11:03
İlham Əliyevin Thonqlun Sisulitlə təkbətək görüşü oldu - FOTOLAR
13 Oktyabr 2026 10:54
Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR
13 Oktyabr 2026 10:18
Tramp Zelenskini təslim olmağa məcbur edir – Politoloq
13 Oktyabr 2026 10:10
“Tehranın İsmalabada ünvanladığı mesajlarda başqa təhdid elementləri də var”
13 Oktyabr 2026 09:53
"Məktəbli forması uşaqlar arasında sosial fərqlərin azalmasına kömək edir"
12 Oktyabr 2026 23:58
İranlı nazirdən İlham Əliyevlə görüşünə dair AÇIQLAMA
12 Oktyabr 2026 23:37


Bakı -°C

