Qırğızıstanda qırılmayan siyasi tellər nə vəd edir?
“İlk öncə Azərbaycan–Qırğızıstan münasibətlərinə nəzər salsaq, burada söhbət təkcə iki ölkə arasındakı əlaqələrdən deyil, həm də türk dünyasını birləşdirən mədəni və siyasi bağların davamlılığından gedir. Qırılmayan siyasi tellər qarşılıqlı etimadın, siyasi-strateji tərəfdaşlığın əsasını yaradır. Mərkəzi Asiya ölkələrində yerləşən türk dövlətləri arasında çox dərin və mühüm strateji-siyasi tellərin möhkəmlənməsi və sürətlə inkişafı Azərbaycanın Zəfər qazanmasından sonraya təsadüf edir”.
Adalet.az xəbər verir ki, bunu Adalet.az-a açıqlamasında “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov deyib.
O, bildirib ki, bu siyasi reallıqların tələbi idi ki, türk dünyasında yaranan siyasi tellər qardaşlıq tellərinə qədər dərinləşsin:
“Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının toplantıları dünyanın siyasi meydanında yeni bir canlanma yaratdı. Azərbaycan Prezidentinin digər ölkə başçıları ilə təkbətək görüşləri diqqət mərkəzində oldu. İstər siyasi davranışları, istərsə də bədən dili və verdiyi siyasi-diplomatik mesajlarla cənab Prezident Şərq məkanında Azərbaycanın mühüm status qazandığını bir daha göstərdi. Ölkə olaraq bu məkanda üstünlüyümüz Şərq–Qərb və Şimal–Cənub nəqliyyat və enerji bağlantılarında yerləşməyimizdən, həmçinin geosiyasi mərkəzlər arasında qazandığımız nüfuzdan irəli gəlir”.
R.Hüseynov deyib ki, Prezident İlham Əliyevin praqmatik münasibətlər qurması, müxtəlif güc mərkəzləri ilə xarici siyasətdə balanslı və ədalətli əlaqələr tənzimləməsi Azərbaycanı yalnız regionda deyil, daha geniş Avrasiya diplomatiyasında da diqqətçəkən aktora çevirib:
“Bişkekdəki toplantılara nəzər saldıqda, artıq bu siyasi tellərin bir-birinə bağlanması və fərqli geosiyasi məkanlar arasında etimad körpülərinin yaradılması diqqət mərkəzində idi.Azərbaycanın Şərq məkanında artan diplomatik fəallığı dövlətimizin siyasi nüfuzunun bütün siyasi mərkəzlərdə möhkəmlənməsini vəd edir. Sürətlə dəyişən dünyada geosiyasi rəqabətin artdığı, yeni güc mərkəzlərinin formalaşdığı bir dövrdə dövlətlərin əsl gücü yalnız iqtisadi və hərbi imkanlarla deyil, qura bildikləri siyasi əlaqələrin davamlılığı və etimad yaratmaq bacarığı ilə də ölçülür. Azərbaycan siyasətinin fəlsəfəsi sadədir: Azərbaycan heç bir geosiyasi qarşıdurmanın əlavəsinə çevrilmədən öz milli maraqlarını müdafiə edən, müxtəlif tərəflərlə dialoq qura bilən müstəqil, qüdrətli və güclü Zəfər ölkəsidir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
03 Sentyabr 2026 10:22
“Hindistan Özbəkistan üzərindən Mərkəzi Asiyada möhkəmlənmək istəyir”
02 Sentyabr 2026 17:10
Bizi tapan da deyir, "ver yeyim..." - Səxavət Məmməd yazır
02 Sentyabr 2026 16:35
Fransız Polineziyasının suverenliyi ilə bağlı bəyanat hazırlandı
02 Sentyabr 2026 13:58
İlham Əliyev Yinq Yonqunu qəbul etdi - FOTOLAR
02 Sentyabr 2026 12:45
Putin İlham Əliyev haqqında danışdı - "Müasir və ağıllıdı"
02 Sentyabr 2026 11:51
"3 500-dən çox Azərbaycan vətəndaşı minalardan zərər çəkib" - Prezident
02 Sentyabr 2026 11:44
İlham Əliyev Konfrans iştirakçılarına müraciət ünvanladı - YENİLƏNİB
02 Sentyabr 2026 10:26


Bakı -°C

