Bakıdakı məktəblər dezinfeksiya edilir
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində yeni tədris ilinə hazırlıq işləri davam edir.
BU barədə Adalet.az-a BŞTİ-dən məlumat verilib.
Bildirilib ki, hazırlıq tədbirləri çərçivəsində təhsil müəssisələrində sanitar-gigiyenik və dezinfeksiya işləri həyata keçirilir.
Bununla yanaşı, yeni tədris ili ərəfəsində məktəblərin tədris avadanlıqları ilə təminatı, sinif otaqlarının və digər təlim məkanlarının hazırlıq vəziyyətinin yoxlanılması, ərazilərin abadlaşdırılması, həmçinin təhsil müəssisələrinin tam hazır vəziyyətə gətirilməsi istiqamətində zəruri işlər görülür.
Görülən işlərin əsas məqsədi şagirdlərin müasir, təhlükəsiz və sağlam təhsil mühitində təhsil almalarını təmin etmək, təlim prosesinin keyfiyyətli təşkili üçün zəruri şəraiti yaratmaq, eləcə də təhsil müəssisələrinin yeni tədris ilinə tam hazırlığını təmin etməkdir.
Digər Xəbərlər
03 Sentyabr 2026 10:42
Tələbələr üçün mənzil kirayəsinin qiyməti bahalaşdı - VİDEO
03 Sentyabr 2026 10:12
Birinci sinfə elektron sənəd qəbulunun SON GÜNÜDÜR
02 Sentyabr 2026 16:22
DİM sədri magistratura üzrə nəticələri açıqladı - Bu ixtisaslarda yerlər doldu
02 Sentyabr 2026 10:49
I sinfə elektron qəbul sabah başa çatacaq
31 Avqust 2026 18:12
Boş qalan plan yerləri ilə bağlı müsabiqənin nəticələri açıqlandı
31 Avqust 2026 14:06
Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
31 Avqust 2026 11:00
BANM “TEKNOFEST 2026”nın final mərhələsinə vəsiqə qazandı
31 Avqust 2026 09:47


Bakı -°C

