adalet.az header logo
  • Bakı -°C
02 Sentyabr 2026 10:26
60
SİYASƏT
A- A+

“Borçalıya İran suyu içirdənlərə Bişkekdə Azərbaycan suyu”

Tarix belə şey görməyib. Tarixin və coğrafiyanın elə qəribə təzadları var ki. Borçalıdakı soydaşlarımız illərdir çətinliklər içində öz kimliyini, yurdunu qoruyur”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Əziz Əlibəyli deyib. 

“İndi orada kimlərsə başqa güclərin oyununu oynayır, "İran suyu" içib fərqli cərəyanların təsirinə düşüblər. Amma bu tərəfdə, uzaq Bişkekdə dövlətlərin taleyi həll olunanda tam fərqli mənzərə yaranır. Azərbaycan Prezidenti öz diktəsi ilə, öz gücü ilə İran rəhbərini öz qaydaları ilə oynamağa, tabe olmağa məcbur edir. Su məsələsindən iki gündür danışırıq, amma adi bir şey kimi üstündən keçə bilmirəm. Pezeşkian da qardaşdır, amma İran prezidentidir. O İranın ki, Borçalıda əməlli - başlı dərya açıb, din gölündə çimdirir bizimkiləri”, - deyə o, bildirib.

Vasif ƏLİHÜSEYN