Metro istifadəçilərinə şad xəbər - Sıxlıq azalacaq
“Qarşıdakı beş il ərzində paytaxtın ictimai nəqliyyat sektorunda, eyni zamanda şəhərin dayanıqlı mobilliyi istiqamətində əsaslı dönüş nöqtəsi yaranacaq”.
Adalet.az xəbər verir ki, “Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında deyib.
“Qəbul olunmuş Dövlət Proqramına uyğun olaraq bu xüsusda Bakı Metropoliteni də özünəməxsus yer tutacaq.
İlk növbədə onu xüsusilə qeyd edim ki, qarşıdakı dövrdə Bakı Metropolitenini sürətli inkişaf planları gözləyir.
On yeni stansiyanın inşa olunması ilə əlaqədar Bakı Metropolitenində müxtəlif istiqamətlərdə tədbirlərə başlanılıb. Onu xüsusi olaraq qeyd edim ki, bu on yeni stansiya şəhərin ictimai nəqliyyat sektorunun ümumilikdə sosial mühitini tamamilə dəyişəcək, axınların qarışmasının, şəhərdə yaranmış tıxacların və digər məsələlərin müsbət istiqamətdə həllinə təkan verəcək. On yeni stansiyanın inşası ilə Bakı Metropoliteninin daşıyıcılıq qabiliyyəti artacaq.
Müqayisə üçün qeyd edim ki, 2025-ci ildə Bakı Metropolitenindən 230 milyon sərnişin istifadə edib. Bu proqram icra olunduqdan sonra metropolitenin daşıyıcılıq qabiliyyəti əlavə olaraq 88 milyon sərnişin də daşımaq imkanına malik olacaq”.
Digər Xəbərlər
05 Avqust 2026 19:47
QHT-lər üçün birlikdə qrant müsabiqəsi elan edilib
05 Avqust 2026 18:05
Şokolad alarkən nələrə diqqət etməliyik? - VİDEO
05 Avqust 2026 17:17
Bu avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirildi
05 Avqust 2026 17:09
"Pilgrim" şirkəti vədini yerinə yetirməyib? - DİN araşdırır
05 Avqust 2026 16:53
Metropoliten rəsmisi sərnişinlərə çıxış yolu göstərdi - Video
05 Avqust 2026 16:50
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə 14 vaqon buğda göndəriləcək
05 Avqust 2026 14:45
Azərbaycanda bu şəxslər 50 min manatadək cərimələnəcək
05 Avqust 2026 13:26


Bakı -°C

