adalet.az header logo
  • Bakı 24°C
  • USD 1.7
03 Iyul 2018 10:55
19535
İDMAN

RUSLARIN BƏXTİ GƏTİRİB Kİ, BİZİM MİLLİ KOMANDA ÇEMPİONATDA YOXDU

İspanlarruslarla oyunda 90 dəqiqə stadionun enini-boyunu ölçdülər, axırda dəqiq öyrəndilərki, stadionun eni 60 metr, uzunluğu da 110 metrdi. Başı ölçü işlərinə qarışdığından bir də ayılıbgördülər ki, uçuş biletləri hazırdı. Ağdamlılar demiş, üzü güləbatına, yəni İspaniyaya.

Çoxgüman ki, ruslar xorvatlara da ot yolduracaqlar. Mejdu proçim, Zaqrebin gözəl vaxtlarıdıey, meşələr, sərin bulaqlar. Moskvanın rütubətli istisindən xorvatların da canıqurtaracaq.

Ruslarınbircə onda bəxti gətirib ki, Azərbaycanın milli komandası çempionata düşməyib. Yoxsa heç qoymazdı qrupdançıxalar. Bir sağ, bir sol Akinfeyev tordantop çıxarmaqdan yorulardı.

Canay ruslar, ermənilərin tərəfini saxlayırsınız, ayıb olsun. Di gedin, bizim hesabımızakef eləyin.