adalet.az header logo
  • Bakı 19°C
27 Mart 2023 12:56
274
DÜNYA

Rusiyanın şimal sahilləri təhlükə qarşısındadır

Rusiyanın Fövqəladə Hallar Xidmətinin baş idərəsi bildirir ki, yaxın günlərdə Kamçatkanın Sakit okean akvatoriyası sahillərində üç mərtəbə ev hündürlükdə dalğlar gözlənilir.

Kamçatkanın hava metrioloji idarəsinin və ətraf mühitin moritorinqini aparan təşkilatının məlumatlarına görə, martı 28-də günorta saatlarından başlayaraq 8-9 metr hündürlükdə dalğalar gözlənilir.

"Dənizdə qalan zədələnmiş və qəza şəraitində olan gəmilərlə bağlı fövqəladə vəziyyət yarana bilər"-deyə idarənin yaydığı məlumatlarda bildirilir.

Xatırladırıq ki, martın 9-da Kamçatkada gün ərzində üç güclü təkan baş verib. Zəlzələ Petropavlovsk-Kamçatka dairəsinin 240 km-də qeydə alınıb.

 

Rüstəm Hacıyev