“Rusiyalı hakerlər” Qərb ölkələrinə kibermüharibə elan ediblər
“Killnet” qrupundan olan “Rusiyalı hakerlər” dünyanın on ölkəsinə kibermüharibə elan ediblər. Bu barədə assosiasiyanın nümayəndəsi qrupun rəsmi “Telegram” kanalında yayımlanan videoda bildirib.
“Bu gün biz on ölkənin hökumətinə qarşı rəsmi olaraq kibermüharibə elan edirik. Bundan sonra Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Almaniya, İtaliya, Latviya, Rumıniya, Litva, Estoniya, Polşa və Ukrayna bizim hücumlarımıza məruz qalacaqlar”, – deyə “Killnet” nümayəndəsi qeyd edib.
Eyni zamanda o, Qərb ölkələrinə məhz hansı şəkildə hücum ediləcəyini dəqiq açıqlamayıb, lakin qeyd edib ki, qruplaşma və onun müttəfiqləri artıq sadalanan dövlətlərin infrastrukturuna zərbə endirməyə hazırdırlar. Bundan əlavə, “Killnet” qeyd edib ki, “qlobal hücumun sınağı başa çatıb”.
“Bu ölkələrin dinc vətəndaşları təhlükə altında deyillər. Bu ölkələrin hökumətləri ləğv ediləcək”, – deyə “Killnet nümayəndəsi” fikrini yekunlaşdırıb.
Bundan əvvəl “Killnet”in hakerləri “Beynəlxalq Haktivistlər Alyansı”nın yaradıldığını elan etmişdilər. Yeni assosiasiyanın əsas missiyaları isə “antifaşist” fəaliyyətlə yanaşı, NATO-nun genişlənməsinin qarşısını almaq, onun İT infrastrukturunu haker hücumlarının köməyi ilə məhv etmək idi.
Digər Xəbərlər
06 Yanvar 2026 16:51
Azərbaycan dünyada internet xidmətlərinə görə neçənci yerdədir?
26 Dekabr 2025 15:06
Bakcell lotereyasında 12-ci avtomobil uduldu!
17 Dekabr 2025 18:03
“Bakcell” “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu - FOTOLAR
17 Dekabr 2025 09:20


Bakı -°C

