adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
20 Noyabr 2014 22:52
3504
DÜNYA

Rusiyada helikopter qəzaya uğradı

Rusiyanın Nijni Novqorod vilayətində "Yevrokopter” tipli helikopterin qəzaya uğraması nəticəsində 5 nəfər ölüb.

Adalet.az-ın verdiyi xəbərə görə, hazırda hadisənin səbəbləri araşdırılır.

 

İlkin məlumata görə, qəzaya səbəb əlverişsiz hava şəraiti – güclü duman və heyət komandirinin səhvi olub.  

 

Qəza nəticəsində Şebarşovlar ailəsinin (ata, ana və onların 16 yaşlı oğlu)  həlak olduğu ehtimal olunur. Ölənlərdən hələlik dörd nəfərin kimliyini müəyyən etmək mümkün olub.