adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
26 Mart 2023 16:12
225
DÜNYA

Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 396-cı günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Adalet.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat verib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 404 təyyarəsi, 225 helikopteri, 3587 PUA-sı, 414 zenit-raket kompleksi, 8415 tank və digər zirehli texnikası, 1073 reaktiv yaylım atəş sistemi, 4440 artilleriya və minaatanı, 9126 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.