adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
24 Mart 2021 15:43
23968
DÜNYA

Rusiya qanunvericiliyinə düzəliş: Putin yenidən prezident ola bilər

Rusiya Dövlət Dumasının bu gün keçirilən plenar iclasında Rusiya Federasiyası seçkilər və referendumlar haqqında qanunvericiliyinə düzəlişlər edilib.

“RİA Novosti” agentliyi xəbər verir ki, bu qanun Rusiya Federasiyasının Konstitusiyasına edilən yeni düzəlişlərə uyğun hazırlanıb.

Düzəlişlərlə indiki dövrədək prezident olmuş şəxs daha iki dəfə dövlət başçısı seçilə bilər.