adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
26 May 2022 15:19
363
DÜNYA

Rusiya nəyə və kimə güvənir?

Rusiyanın Ukrahnaya hücum etməsindən 90 gün ötür. Vladimir Putinin 3-4 gün ərzində Ukraynanı işğal edə biləcəyi və paytaxt Kiyevdə qələbə paradı keçirəcəyi xəyalları gerçəkləşmədi. Rusiya hərbi qüvvələri baş qərərgahının, Ukraynada rus əsgərlərinin duz-çörəklə qarşılanacağı arzuları da puça çıxdı. Ukrayna xalqı rusların düşündüyü kimi geri çəkilmədi və torpaqlarının müdafiəsinə qalxdı.
 
 Artıq 90 gündür Ukrayna torpaqlarında qanlı müharibə gedir. Ölkənin infrastrukturları dağılır, şəhərləri, kəndləri demək olar ki, yer üzündən silinir, həlak olan, qətlə yetirilən insanların sayı on minlərə çatır.
  
Hücum edən Rusiya tərəfi də çoxsaylı hərbi texnikasını və onminlərlə canlı qüvvəsini itirib. Bir neçə ölkələrin, o cümlədən Türkiyə cümhuriyyətinin qanı müharibəni dayandırmaq və tərəfləri danışıqlar madasına oturtmaq cəhdləri hələki nəticə vermir. Yaranmış real vəziyyəti qiymətləndirmədən tərəflər bir-birilərinə qarşı qəbul edilməsi mümkün olmayan tələblər irəli sürürlər.
  
Elə bu gün Rusiya qəbul edilməyəcəyini əvvəlcədən bildikləri köhnə təkliflərini  yenidən səsləndirirməyə başlayıb. Rusiya prezidentinin mətbuar xidmətinin rəhbəri Dmitri Peskov jurnalistlərə bildirib ki, "Moskva Kiyevdən reallığı de-fakto nəzərə almağı, Rusiyanın səsləndirdiyi tələbləri yerinə yetirməyi gözləyir".
  
Rusiyanın tələbləri -  Ukraynanın NATO-ya girmək planlarından əl çəkməsi, Hərbi qüvvələrinin ağır silah və uzaq məsafəli raketlərdən imtina etməsi, ən əsası isə Krımı Rusiyanın ərazisi kimi, qondatma  Donbas və Luqnsk "respublikalarının" müstəqilliyini tanımasını rəsmi elan etməsindən ibarətdir.

"De-fakto reallıq" deyəndə Peskov nəyi nəzərdə tutur? Rusiya KİV-lərində Kremlin ruporları -  solovyovların, skabayevaların, marqarita sjmonyanların və yaxud Baş qərərgahın yaydığı guya rus hərbiçilərinin müvəfəqiyyətli əməliyyatları barədə saxta məlumatlarını nəzərdə tutur? Reallıq isə tamam başqa yönədir. Hər iki dövlət uçuruma yuvarlammaq ərəfəsindədir...
  
Hazırda ABŞ və NATO ölkələrinin Türkiyə istisna olmaqla,  Ukraynaya rus hərbi qüvvələrinə qarşı mübarizədə hərtərəfli dəstək göstərməsi nəticəsində işğalçı qüvvələrin bütün cəbhə boyu geri oturdulması faktı da, Rusiya hakimiyyətini boş iddialarından əl çəkməyə məcbur edə bilmir.
  
Əslində görünən odur ki, ABŞ başda olmaqla Qərb bu müharibənin dayandırılmasında heç də maraqlı deyil. On illərdi Rusiyanın çökdürülməsinə çalışan qüvvələr Ukraynanı və ukraynalıları qurban verməyə belə hazırdılar. Bu kənardan müşahidə olunduqda daha aydın görsənir. Lakin iki qardaş slavyan xalqına "rəhbərlik" edən şəxslər, xüsusilə ambisiyalarına sığmayan Rusiya lideri bunu görməzlikdən gəlməkdədirlər...

 Rüstəm Hacıyev