adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
26 Aprel 2024 11:51
356
DÜNYA

Türkiyədə 49 ölkədən hərbçilərin iştirakı ilə təlimlər başlayıb

Türkiyədə 49 ölkədən hərbçilərin iştirak etdiyi EFES-2024 beynəlxalq hərbi təlimləri başlayıb.

Adalet.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyində keçirilən brifinqdə məlumat verilib.

"Türkiyə Silahlı Qüvvələrinin planlaşdırılmış ən böyük təlimlərindən biri olan EFES-2024-ün kompüterləşdirilmiş komanda-qərargah mərhələsi aprelin 25-də başlayıb və mayın 8-dək davam edəcək. Təlimlərin faktiki mərhələsi mayın 9-dan 30-dək baş tutacaq”, - Müdafiə Nazirliyindən bildirilib.

Hazırda EFES-2024 təliminə 49 ölkədən 1567 hərbçi cəlb olunub və daha çoxu təlimin faktiki mərhələsində manevrlərdə iştirak edəcək.