adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
26 Aprel 2024 10:54
353
DÜNYA

Gürcüstanın Avropa İttifaqına qəbulu sual altında...

Avropa parlamenti: "Xarici agentlərlə bağlı qanun qüvvədə olduğu müddətdə Gürcüstan Avropa İttifaqına  qəbul edilə bilməz"

 Avroparlament səs çoxluğu ilə, Avropa Komissiyasının  "Xarici agentlərlə bağlı qanun ləğv edilməyənə qədər Tbilisi ilə Avropa İttifaqına üzvlüklə aparılan danışıqların aparılmasının dayandırılması ilə əlaqədar qətnamə qəbul edib. 

 425 deputat sənədin leyhinə, 25 deputat əleyhinə səs verib, 30 deputat isə bitərəf qalıb. 

 Qətnamədə bildirilir ki, xarici agentlərlə bağlı Gürcüstan parlamentundə müzakirə olunan qanun layihəsi "Aİ-nin maddi dəyərləri və prinsipləri ilə ziddiyyət təşkil edir".

 Xatırladırıq ki, Gürcüstan parlamenti aprelin 17-də adı çəkilən qanun layihəsini birinci oxunuşda qəbul edib. Prezident Salome Zurabişvili "qanun layihəsinin Avropa İttifaqınln strategiyasına və təlimatlarına uyğun gəlmədiyinə görə", həmin sənədə veto qoyacağını vəd edib.

  Rüstəm Hacıyev