Rusiya mətbuatı dərin hüznlə Çerçesovun məğlub komandasından yazır
Rusiyanın kütləvi informasiya vasitələri, çempionlar liqasının cavab görüşləri ərəfəsində, rusiyalı məşqiçi Stanislav Çerçesovun başçılıq etdiyi Macarıstan çempionu "Frensvaroş" klubunun, Azərbaycan çempionu "Qarabağ"la cavab görüşündə 100 faiz qələbə qazanacağı barədə ağızdolusu danışırdılar.
Adalet.az xəbər verir ki, Qurban Qurbanovun başçılıq etdiyi Ağdamın "Qarabağ" komandası rusların arzularını gözlərində qoydu. Dünən Macarıstanın paytaxtı Budapeştdə keçirilən cavab görüşündə ( Bakıda keçirilən ilk oyunu 1-1 hesabı ilə başa çatmışdı) 1-3 hesabı ilə möhtəşəm qələbə qazanaraq azarkeşlərini sevindirdi.
Rusiyanın "İzvestiya" qəzeti az qala dərin hüznlə yazır ki, " Rusiyalı baş məqiçi Stanislav Çerçesovun rəhbərlik etdiyi Macarıstanın "Frensvaroş" komandası, Çempionlar liqasının evdə keçirdikləri cavab oyununda Azərbaycanın "Qarabağ" komandasına uduzublar. Budapeştin Groupama arenasında keçirilən cavab qarşılaşmasl 1-3 hesabı ilə "Qarabağ"ın xeyrinə nəticələnib. Macarıstan çempionunun perestij qolunu Adama Traore 86-vı dəqiqədə vurub. Qonaqlar oyunun 7 -ci dəqiqəsində Abdulla Zubirin vurduğu qolla irəli çıxıblar. Ondan sonra İbraima Vadji 54 və 78 -ci dəqiqələrdə daha iki qol vuraraq hesabı 0-3-ə çatdırıblar".
"Spot-Ekspress" isə yazır ki, Frensvaroş turnirin növbəti mərhələsinə adlaya bilməyərək çempionlar liqasını tərk ediblər...
"Lenta.ru" saytı Stanislav Çerçesovun "Qarabağ"la məğlubiyyətdən sonra keçirdiyi mətbuat konfransında oyunu şəhr etməyindən yazır. "Frensvaroşun" baş məşqiçisi bildirib ki, ""Qarabağ" oyunda dominantlıq edirdi və layiqli qələbə qazandı. Biz bu oyuna kifayət qədər yaxşı hazırlaşmışdıq. Lakin oyun bizim planlaşdırdığımlz kimi keçmədi"- deyə o, qeyd edib.
Beləliklə, rusiyalı futbol mütəxəsislərinin bu oyunla bağlı əminliklə "Frensvaroş"un qələbə qazanacağı proqnozlarını, Qurban Qurbanovun "Qarabağ"ı alt-üst etdi və onların arzularını gözlərində qoydu.
Rüstəm Hacıyev
Digər Xəbərlər
13 Dekabr 2025 10:44
"Kamran mənə çox sərt cavab yazmışdı"
13 Dekabr 2025 09:40
"Kamran Əsədovun bu işin içində olacağını ağlıma gətirməzdim" - Osman Gündüz
13 Dekabr 2025 09:10
"Təkər aləmi" kimi tanınan bazar SÖKÜLÜR - VİDEO
12 Dekabr 2025 21:50
Ramil Səfərovun polkovnik rütbəsində ilk FOTOSU
12 Dekabr 2025 17:37
AzerGold" QSC və törəmə şirkətlərinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
12 Dekabr 2025 17:25
Polis əməkdaşları və Daxili Qoşunların hərbçiləri Fəxri Xiyabanda - VİDEO
12 Dekabr 2025 16:50
Zodda Ermənistanın hər hansı bir qazıntı və istismar işləri aparmadığı aşkarlanıb
12 Dekabr 2025 14:24


Bakı -°C

