adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
19 Aprel 2014 14:55
6295
GÜNDƏM

Rusiya “Eurovision”dan uzaqlaşdırıla bilər - Krıma görə

May ayında Kopenhagendəkeçiriləcək "Eurovision” mahnı yarışmasında Rusiyanın iştirakı ilə bağlıqalmaqal yaranıb. Modern.az xarici KİV-ə istinadən bildirir ki, Tolmaçevıx bacılarının"Shine” mahnısında londonlu jurnalist Uilyam Li Adams qızğın diskussiya üçünyeni mövzu aşkar edib. Onun iddiasına görə mahnıda Rusiyanın Ukraynaya qarşımünasibətinə eyham var. İngiltərəlijurnalistin sözlərinə görə, kompozisiyadakı bir sətir Krımla bağlıdır: "Livingon the edge, closer to the crime-cross the line a step at a time”. Jurnalistiddia edir ki, "the srime” – cinayət deməkdir, "Crimea” isə Rusiyanın özünəbirləşdirdiyi Krımdır.

Rusiyanın Heat.ru portalı təsdiqləyib ki, müsabiqəninçoxsaylı pərəstişkarları və musiqi tənqidçiləri Adamsı dəstəkləyərək"Eurovision”un təşkilat komitəsinə Rusiyanın müsiqi yarışmasındanuzaqlaşdırılması üçün müraciət ediblər. Ancaq təşkilat komitəsinin bu çağırışareaksiya vermədiyi bildirilir.

Xatırladaq ki, 59-cu "Erovision” mahnı yarışması mayın6-dan 10-dək Danimarkada keçiriləcək.