adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
08 Aprel 2021 09:55
26678
DÜNYA

Rusiya Ermənistana peyvənd göndərdi

Rusiyanın “Sputnik V” peyvəndinin 15 min dozadan ibarət ilk partiyası Ermənistana gətirilib.
Azvision.az xəbər verir ki, bu barədə Rusiyanın İrəvandakı səfirliyinin müşaviri Pavel Kuroçkin bildirib. Onun sözlərinə görə, Ermənistana verilən vaksin risk qrupunda olan əhalinin peyvəndlənməsinə yönəldiləcək.

Rusiyalı diplomat bildirib ki, bu, keçən ildən başlayan Rusiyanın pandemiya ilə mübarizədə Ermənistana verdiyi genişmiqyaslı dəstəyin davamıdır.