Rusiya "diplomatik" yollar axtarır... - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
393 | 2025-10-31 13:39

"Rusiya Ukrayna münaqişəsinin həlli istiqamətində ilkin səbəblərinin aradan qaldırılması yolunda  diplomatik danışıqlar aparır"- deyə RF-sı baş nazirinin müavini Aleksey Overçuk bəyan edib.

 "Biz hesab edirik ki, əgər münaqişənin ilkin səbəbləri aradan qaldırılarsa, uzunmüddətli sülh əldə oluna bilər"- deyə Overçuk Asiya-Sakit okean iqtisadi əməkdaşlıq forumunda çıxışı zamanı bildirib.

Rusiya tərəfi  "ilkin səbəblər" deyəndə nəyi nəzərdə tutur? Yəni, Ukraynada Putinin adamının prezident seçilməməsinimi, Ukraynanın NATO-ya qəbul olmaq istəməsinimi ? (hərçənd ki, Putində yaxşı bilir ki, Ukraynanı Alyansda gözləyən yoxdur), Yoxsa, Ukraynanın Pusiyanın  nəzarətindən uzaqlaşmaq cəhdimi? və s.

 Münaqişənin həllini guya  "diplomatik yolla həllinə" çalışan Rusiya, beynəlxalq aləmdə suveren dövlət kimi qəbul edilən Ukraynaya qaşı  "xüsusi hərbi əməliyyatlarını" davam etdirir, bunu "öz maraqlarını təmin etmək və qarşıya qoyulan məqsəd" kimi dünyaya bəyan edir.

 Dayanmadan "biz sülh tərəfdarıyıq", "biz qan tökülməsinin əleyhinəyik", biz müharibəni dayandırmağa hazırıq" bəyənatları ilə çıxış edən  Rusiya Federasiyasının prezidenti Vladimir Putin, P. V. Mandrıka adlna mərkəzi klinik hospitalda Ukrayna cəbhəsində yaralanıb əzalarını itirən əsgərlərlə görüşüb. 

 Putin yaralı, şikəst olmuş əsgərlərə "təskinlik" verərək bildirib ki, Rusiyanın hərbi sənaye kompleksi yeni "Poseydon" pilotsuz sualtl atom enerjili qayığı və günlərlə səmada uçmaq imkanları olan uzaqməsafəli "Bupevestnik" uçuş raketləri hazırlayıb, Ukraynanın "atasını yandıracaq".

 Yadıma rəhmətlik həmkarımız Oktay Salamovun danışdığı bir lətifə düşdü. "Uzaq dağ kəndlərinin birində bir nəfərə qonaq gəlir. Axşam qonşulardan biri gəlir ki, bəs özümə söz vermişəm nə vaxt sənin qonağın gəlsə onu  öldürəcəm. Ev yiyəsi qonşusuna nə qədər yalvarır ki, belə etmə, qonşu ipə-sapa yatmır ki, yatmır. Axırda ev yiyəsi üzünü qonağa tutaraq deyir ki, "ay qonaq eybi yoxdu, qoy bu qonşu səni öldürsün, and içirəm, onun düz üç dənə qonağını öldürəcəm". 

 İndi, Putinin yaralanıb şikəst olmuş əsgərlə verdi "təskinliyində" onlar üçün artıq heç bir əhəmiyyəti yoxdur.  Çünki, qolunu, qıçını irirərək ömürlük şikəst qalan həmin əsgərlərin əksəriyyətini küçə və keçidlərdə atılmış, acınacaqlı dilənmək həyatı gözləyir... 

 Rusiya prezidrntini isə, vətəndaşlarının gələcək taleyi deyil, göründüyü kimi,  yalnız "öz maraqları və qarşıya qoyduğu" "imperiyanın bərpası" məqsədləri maraqlandırır. 

 

TƏQVİM / ARXİV