adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
07 May 2020 09:55
34263
ŞOU-BİZNES

“Rusalka”Aygündən seksual pozlar: “Ehtiraslı qadınsan”

Ötən günlərin birində "Rusalka”(Su pərisi) ləqəbi ilə şou-biznesdə məşhurlaşan oriental rəqslərin mahirifaçısı Aygün sosial media hesabında ondan davamlı şəkildə köməkistəyən şəxslərisərtşəkildə tənqid edərək, qalmaqallı videomüraciət etmişdi:

"Bir dəqiqə olsun ara vermədənyazırlar ki, mənə kömək edin. Niyə sizə yardım etməliyəm ki? Evinizdəki kişilərzamanında gedib işləyib, gətirərdilər də… Oramı-buramı açacağam, onu-bunuyedizdirəcəyəm…Hələ utanmaz-utanmaz burada ağızlarına gələniyazırlar.Xeyir ola, mənim sizə borcum var? Canınız çıxsın, oturduğunuz isti yerdəndurub, əziyyət çəkib işləyərdiniz. Mənim kimi qışda, soyuq havada gedibrestoranlarda rəqs edərdiniz…Namusunuzu, qeyrətinizi qoruyub saxlayırsınız,bizim adımıza isə ləkə yaxırsınız. Hələ arsız-arsız məndən yardım istəyirsiniz.Yazıbməndən kömək istəməyin. Heç kimə borcum yoxdur. Sizə üz verdikcə, astaristəyirsiniz. Bir dəfə kömək edirsən, sonra yazılar ki, yenə də yardım et. Sizindədənizə borcum var? Niyə övladımın boğazından kəsib, sizə kömək etməliyəm? O qədərimkanlı müğənnilər var, onlar sizə yardım etsin. Müğənnilər 5 000 manata toyagedir, mən isə cəmi 300 manata. Sizin əlinizdən bezmişəm. Özünüzü dilənçi kimiaparırsınız. Sosial şəbəkədə yazıb dayanmadan kömək istəyirsiniz. Dilənçiliyinyeni növünü tapmısınız. Utanın, ar olsun sizə! Kasıb günləri mən də yaşamışam. Ammasizin kimi dilənçiləklə məşğul olmamışam. Gedin vəzifədə oturanlardan pul istəyin”



Bu dəfə isə "Rusalka” (Su pərisi) Aygün yeni, cazibədarfotosessiyası ilə diqqət çəkib.

Adalet.az xəbər verir ki, qalmaqallı açıqlamaları ilətez-tez gündəmin mərkəzinə düşən rəqqasə leopard printli parlaq dəri gödəkcədəseksual pozlar verib.

Obyektiv qarşısına keçən Aygün dərin sinə dekoltesi iləəks cinsin nümayəndələrinin ağlını başından alıb.

Sosial media hesabında fotosessiyadanşəkillərinipaylaşan rəqqasəyə izləyicilər"Ehtiraslı qadınsan”, "Gözəlliyinin qədrinibil”, "Gözəl bədən quruluşun var” kimi rəylər yazıblar."

Rusalka” şərhləri cavabsız qoyub.

Əntiqə Rəşid