Bütün qanunsuz hərəkətlərə sərt cavab veriləcək - Tbilisi meri
Müxalifətin “hökuməti yerli seçkilərdə çoxlu sürprizlər gözləyir” kimi bəyanatları Gürcüstanda sabitliyi pozmaq və cəmiyyətdə çaşqınlıq yaratmaq məqsədi daşıyır.
Adalet.az xəbər verir k, bu sözləri Tbilisi meri Kaxa Kaladze ölkənin əsas ana müxalifət partiyası olan Vahid Milli Hərəkat partiyasının üzvü Sopo Caparidzenin bəyanatına cavab verərkən söyləyib.
O qeyd edib ki, dövlət çevrilişi ilə bağlı səslənən çağırışlar, eləcə də müxtəlif yalan məlumatların fakt kimi təqdim olunması ölkəyə nihilizmin yeridilməsinə və cəmiyyətdə sualların yaranmasına yönəlib.
“Hamı bilməlidir ki, bütün qanunsuz hərəkətlərə müvafiq qurumlar tərəfindən sərt cavab veriləcək”, - deyə Kaladze vurğulayıb.
Onun sözlərinə görə, hökumət qarşıdan gələn seçkilərdə qalib gələcək.
Digər Xəbərlər
26 Mart 2026 12:56
Türkiyənin “Salomon Cappadocia Ultra-Trail” marafonu mükafata layiq görülüb -FOTOLAR
26 Mart 2026 11:13
Türkiyənin neft tankeri dronla vurulub
26 Mart 2026 10:52
“Növbəti hədəf Laricanın yerinə yeni təyin edilən şəxs ola bilər”
26 Mart 2026 09:10


Bakı -°C

