Görüntüsü yayılan Rəşad Dağlının səhhəti ilə bağlı açıqlama - saçları...
Xəbər verdiyimiz kimi, üç ildən çoxdur həbsdə olan meyxanaçı Rəşad Dağlının (Rəşad Əmirov) ilk dəfə cəzaçəkmə müəssisəsindən görüntüsü yayılıb.
Adalet.az Unikal-a istinadən xəbər verir ki, meyxanaçının görüntüsü yayıldıqdan sonra onun səhhəti ilə bağlı gəzən söz-söhbətlərlə bağlı ailəsi açıqlama verib.
"Yayılan video ilə bağlı çoxsaylı zənglər gəlir. Şairin səhhəti yaxşıdır. Narahatlığa heç bir əsas yoxdur. Sağlamlıqla əlaqədar həkim məsləhəti ilə pəhriz saxlayır, idman edir və çəki atır. Videodakı görüntü tam reallığı əks etdirmir. Fondakı işığa görə saçları elə görünür", - deyə R.Dağlının ailəsinin açıqlamasında bildirilir.
Qeyd edək ki, Rəşad Dağlı qonşusunu öldürməkdə təqsirli bilinərək 9 il 6 ay azadlıqdan məhrum edilib.
Digər Xəbərlər
15 Oktyabr 2026 13:07
Təranə Qumral: “Onu ad günümə dəvət etmişəm, gəlməsə…”
15 Oktyabr 2026 12:54
Hüseyn Məhəmmədoğlu: “İndi pul qazanmaq imkanı daha genişdir”
15 Oktyabr 2026 11:29
Aktrisa: “Bu faciəni illər əvvəl yaşasam da, ağrısı hələ də keçməyib”
15 Oktyabr 2026 10:58


Bakı -°C

