adalet.az header logo
  • Bakı -°C
10 Dekabr 2025 10:10
63
ŞOU-BİZNES
A- A+

Röya: “O, sənətə gələndə pis yerdən başladı”

Xalq artisti Röya Ayxan  Kəmalə Günəşlidən danışıb.

Adalet.az bildiri ki, o, həmkarının gözəl səsə malik ifaçı olduğunu etiraf edib:

“O gün efirdə Kəmalə Günəşlini dinlədimş Necə gözəl muğam oxudu. Çox gözəl səsi var. Amma o, sənətə gələndə pis yerdən başladı. Mən deyərdim ki, bu addımın adı özünə güvənməməkdir. Bu bataqlıqdır.  Sonra bu bataqlıqdan çıxmaq olmur. Ona görə gözəl repertuar seçmək lazımdır. Bu sənətdir, sənətlə belə zarafat etmək olmaz. Mən belə ifaçılara sənətlə zarafat edənlər deyirəm. Deyirlər ki, məcbur qalıb belə mahnılar oxuyuruq. Məcbur heç nə olmur. Sən bunu könüllü edirsən. Müəyyən bir kütlə də sənə dəstək verəndə belə mahnıları lap da artırırsan. 
Gözəl səsi var, amma o səsini doğru ifa tərzinə yönləndirmir”.

Əntiqə