adalet.az header logo
  • Bakı -°C
03 Mart 2026 12:51
88
ŞOU-BİZNES
A- A+

İvana Sert Dubayda çətin vəziyyətə düşdü - VİDEO

Məşhur modelyer İvana Sert Dubayda çətin vəziyyətdə qalıb.

Adalet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ və İsrailin hücumlarına İranın cavab zərbələri nəticəsində atılan raketlər Dubai ərazisinədə düşüb. Belə ki, hadisə zamanı modelyer İvana Sert oğlu ilə birlikdə Birləşmiş Ərəb Əmirliklərində olub.

Həmçinin, modelyer sosial şəbəkə hesabında paylaşım edərək raket və bomba səslərindən çox qorxduğunu vurğulayıb.

Modelyer qeyd edib ki, məhz Türkiyəyə qayıdacaqları gün reyslər təxirə salınıb. Hazırda vəziyyətin nisbətən sakitləşdiyini vurğulayan Sert bölgədə olanlara zərurət olmadıqca küçəyə çıxmamağı tövsiyə edib.

Onun paylaşımları sosial şəbəkələrdə qısa zamanda geniş rezonans doğurub./Unikal