Rövşən Rzayev vətəndaşların suallarını cavablandırdı - FOTOLAR
Martın 18-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşların müraciətlərini dinləyib, suallarını cavablandırıb.
Adalet.az xəbər verir ki, vətəndaşların müraciətləri əsasən, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış, köçürülmənin prinsipləri, sorğuda iştirak, məşğulluqla təminat, eyni zamanda müvəqqəti məskunlaşma yerlərində mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət və digər məsələlərlə əlaqədar olub.
Eyni zamanda Komitə sədri Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərin yenidən qurulması istiqamətində verdiyi tapşırıqların sakinlərin rahat və təhlükəsiz yaşayışının, işğaldan azad olunmuş ərazilərin ölkəmizin ən abad guşələrindən birinə çevrilməsinin uğurla həyata keçirildiyini vətəndaşların diqqətinə çatdırıb. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş ərazilərdə tarixi və mədəniyyət abidələrinin bərpasının və digər quruculuq işlərini diqqət mərkəzində saxladığı, onun tapşırığı ilə bu sahədə mühüm işlər görüldüyü qeyd edilib. Komitə sədrinin qəbulunda məcburi köçkün olan vətəndaşların müraciətləri dinlənilib və müvafiq qaydada qeydə alınıb. Onlara bildirilib ki, qaldırılan məsələlər araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcəkdir.
Digər Xəbərlər
04 Oktyabr 2026 18:40
“Azərbaycanda başörtüsü qadağan deyil” - VİDEO
04 Oktyabr 2026 17:32
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
04 Oktyabr 2026 13:14
Ayın 5-də yağış yağacaq - Proqnoz
04 Oktyabr 2026 08:55
Cəbrayılın azad olunmasından 6 il ötür
03 Oktyabr 2026 13:44
Bu yolda maşınların hərəkəti qadağan ediləcək- 15 oktyabrdan
03 Oktyabr 2026 13:20
Bazar günü dolu düşəcək, qar yağacaq
03 Oktyabr 2026 13:19
Sabah bu prospektdəki yolötürücüsündə müayinə aparılacaq
03 Oktyabr 2026 11:23


Bakı -°C

