Rey Kərimoğlu xəstəxanaya aparıldı
Tanınmış jurnalist, Qarabağ qazisi Rey Kərimoğlunun səhhəti pisləşib və o, təcili yardım maşını ilə xəstəxanaya aparılıb.
Adalet.az Qaziler.az-a istinadla xəbər verir ki, R.Kərimoğlunun qan təzyiqi gecə çox yüksəlib.
Təcili yardım çağrılıb və jurnalist Xətai Tibb Mərkəzinə çatdırılıb. Xəstəyə lazımi tibbi yardım göstərilib.
Səhər saatlarında qazinin vəziyyəti yenidən pisləşib. Təcili tibbi yardım briqadası çağrılıb. Həkimlər onun təzyiqini normallaşdıra biliblər.
Hal-hazırda jurnalistin vəziyyəti yaxşıdır.
Həkimlər ona xəstəxanada yatmağı məsləhət görüblər.
Digər Xəbərlər
14 Sentyabr 2026 09:22
Bədəndə çoxlu xalınız varsa, buna diqqət edin
13 Sentyabr 2026 17:02
Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün
13 Sentyabr 2026 11:15
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir!
12 Sentyabr 2026 10:20


Bakı -°C

