adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
14 Avqust 2019 16:13
16921
ƏDƏBİYYAT

"Respublika Xatirə Kitabı ən qiymətli ensiklopedik vətənpərvərlik abidəsidir"

1992-ciildən fəaliyyətə başlayan Respublika Xatirə Kitabı Redaksiyası tariximizin qiymətli,dəyərli səhifələrini özündə əks etdirir. Bəs görəsən, ötüb arxada qalan bu illərərzində redaksiya heyəti hansı işlər görüb? Respublika Xatirə KitabıRedaksiyasının baş redaktoru, "Yada düşdü" jurnalının baş redaktoru vətəsisçisi şair Nəzakət Məmmədli ilə söhbətimizi bu suallar ətrafında qurduq.Baş redaktor illərin tarixini geriyə vərəqləyərək dedi:

– İyirmi ildən çoxdur RespublikaXatirə Kitabı Redaksiyasında çalışıram. 1997-ci ildə Xatirə kitabının 1-cicildi kiril əlifbası ilə işıq üzü gördü. 2001-ci ilə qədər bu dəyərli kitabın 3cildini buraxdıq. Hazırda Xatirə Kitabının 16 cildi nəşr olunur. Kiril əlifbasıilə nəşr olunan kitabları da latın əlifbası ilə yenidən çap etdik. Ümumiyyətlə,20 cildliyin nəşri nəzərdə tutulub.

– Xatirə Kitabında hansı dövrləri, hansı illəri əks etdirmisiniz?

– Respublika XatirəKitabında 1941-1945-ci illərdən başlayaraq bütün müharibələr, münaqişələr, müstəqillikdövrləri, zorla cəlb edildiyimiz Qarabağ müharibəsi, torpaqlarımızın azadlığıuğrunda gedən döyüşlərdə şəhid olmuş oğul və qızlarımızın adları, döyüş yollarıəbədiləşdirib. Düzdür, keçmiş İttifaq dövründə İkinci Dünya müharibəsində həlakolan, itkin düşən döyüşçülər haqqında ensiklopediya çapa hazırlanırdı. Təəssüflərki, respublikamız üçün nəzərdə tutulmuş 20 cilddən cəmi 3 cildi çap olundu. Bizişə başlayanda fəaliyyətimizi yalnız bunlarla məhdudlaşdırmadıq. Qərara gəldikki, növbəti cildlərdə Qarabağda şəhid olmuş, itkin düşmüş vətəndaşlarımızdan dabəhs edək. Sonra bu siyahıya Əfqanıstan müharibəsində və Çernobıl faciəsində həlakolanlar da daxil edildi.

– Redaksiyanızda Qarabağ müharibəsində itkin düşən, ermənilər tərəfindənəsir aparılan vətəndaşlarımızın taleyi ilə bağlı hansı işlər görülür?

– Əlbəttə, bu istiqamətdədə işlər aparılır. Biz vətəndaşlarımızın taleyinə biganə qala bilmərik. İki ildənartıqdır Dövlət Təhlükəsizlik Xidməti və Dövlət Komissiyası ilə birlikdə əsir vəitkin düşmüş vətəndaşlarımız haqqında kitab hazırlayırıq. Əməkdaşlarımızın bukitabı yazarkən keçirdikləri sarsıntıları, ağrı-acıları sözlə ifadə etmək çox çətindir.Əsirlər erməni qəsbkarlarının başlarına açdıqları oyunlardan, verdikləri işgəncəvə əzablardan ürək ağrısı ilə, dilləri yana-yana danışırdılar. Daşnak qəddarlığınınsonu yoxdur, bu quldurların qanlı əməlləri insanlıq adına yaraşmayan qara bir ləkədir.Onları dinlədikcə təəssüf hissləri keçirirsən ki, erməni işğalçılarının əzab vəişgəncələrinə, cinsi istismarına məruz qalanlar bizim vətəndaşlarımızdır. Bizermənilərdən hərtərəfli əzab çəkmişik. Həm torpaqlarımız işğal olunub, həm kəndvə qəsəbələrimiz, şəhərlərimiz dağıdılıb, həmdə vətəndaşlarımız həlak olub, əsir düşüb. Ürək ağrıdan bir fakt da odurki, daşnakların zülm və istismarına məruz qalan vətəndaşlarımıza yalandan artıqAzərbaycan adlı bir ölkənin olmadığını deyirlər. Məqsədləri də budur ki, qoy əsirlikdəolanlar geri qayıtmağa yerlərinin olmadığını düşünsünlər. Deməli, ermənilər əsirlərəhəm mənəvi, həm də fiziki əzab verirlər. Onlar üçün artıq həyatın bitdiyini təbliğedirlər. Təbiidir ki, bütün bunlar bizim üçün çox ağrılı və əzablıdır. Nə qədərəzablı olsa da bir an olsun işlərimizdən qalmırıq. Çünki bu faciə bizimtariximizin qanlı səhifəsidir. Bütün bunları biz mütləq qələmə almalıyıq. Bütünbaş verənləri yazıb gün işığına çıxarmaq, dünya dövlətlərərinin, beynəlxalq təşkilatlarındiqqətinə çatdırmaq günümüzün ən aktual və zəruri işlərindən biridir. Ermənilərinzülm və işgəncələrini mütləq yazıb tarixləşdirməliyik. Tarixləşdirməliyik ki,qoy bütün bunları gələcək nəsillər oxuya-oxuya doztumuzu, düşmənimizi yaxşıtanısınlar. Erməni işğalçılarına qarşı nifrətlə böyüsünlər. Çünki yeri gələndənifrət ən kəsərli silahdır. Belə bir silaha sahib olsaq yəqin ki, qələbəniasanlıqla qazanarıq. Artıq əsir və itkinlərin ağrılı həyat yollarından bəhs edənkitabın birinci cildi işıq üzü görüb. İkinci cildi isə bu ilin oktyabr ayındaçapa veriləcək. Dörd cilddə nəşri nəzərdə tutulan bu kitablar, əslində ermənifaşizminin üzünə oxunan ittiham aktıdır.

– Göründüyü kimi, qarşınızda heç də asan məsələlər dayanmayıb.Respublika Xatirə Kitabını qısaca olaraq necə qiymətləndirərdiniz?

– Mənə elə gəlir ki, Respublika Xatirə Kitabıvətənpərvərlik mövzusunda yazılmış ən dəyərli ensiklopedik abidədir.Yaddaşımızın ağrı-acısı və sızıltısıdır. Müharibələri törədən, insanlara ölüm gətirənlərüçün ibrət dərsi verən bir kitabdır.

– İşləriniz gərgin olduğu qədər də zəruridir.

– Mən deyərdim ki, həmdə məsuliyyətlidir. Biz hər bir şəhidin tərcümeyi-halını, döyüş yolunu yazarkənbir neçə mənbəyə müraciət edirik ki, səhvə yol verməyək. Çünki Respublika XatirəKitabı istinad edilən ən etibarlı mənbədir. Ona görə də işimizə böyük məsuliyyətvə diqqətlə yanaşırıq. Xatirə kitabları vaxta, zaman baxmır. O həmişə, hər vaxtaktualdır və yəqin ki, aktual olaraq da qalacaq.

– Azərbaycanın Milli Qəhrəmanları haqqında hazırladığınız kitab çox dəyərlidir. Hiss olunur ki, bu istiqamətdədə böyük işlər görmüsünüz.

– Qəhrəmanlar haqqındayazılanlar bizim hər kəsin stolüstü kitabı olmalıdır. Çünki böyüməkdə olan nəsillərqəhrəmanlığı, igidliyi onlardan öyrənirlər. 2009-cu ildə Azərbaycanın Milli Qərəmanlarıhaqqında kitabı nəşr etdik. Mən bu kitabı qəhrəmanlıq toplusu da adlandırardım.Bu insanlar torpaq və Vətən uğrunda şəhid olublar. Onlar haqqında yazmaq, yadetmək bizim ən müqəddəs borclarımzdan biridir. Bu müqəddəs borcun öhdəsindən ləyaqətləgəlməyə çalışırlar.

– Qarşıda yeni layihələriniz varmı?

– Respublika XatirəKitabı Redaksiyasının ən maraqlı, geniş auditoriya qazanmış layihələrindən biridə "Şəhidlər ölməz-Vətən bölünməz"dir. Biz layihəni "Bakı-Xəbər"qəzeti ilə birgə həyata keçiririk. Layihə çərçivəsində Qarabağ müharibəsində şəhidolmuş igid zabit və əsgərlərimizin cəsurluğu tərənnüm olunur. Tanınmış yazıçı vəpublisistlərin yazdığı məqalə və oçerklər Xatirə kitablarına salınmazdan əvvəl"Bakı-Xəbər" qəzetində dərc olunur. Biz bu yolla şəhid qəhrəmanlarımızıbir az da geniş tərənnüm etməyə, gənclərimizə vətənpərvərlik hisləri aşılamağaçalışırıq. Və düşünürəm ki, məqsədimizə, məramımıza çatırıq. Gənc nəslin dahada vətənpərvər böyüməsi üçün şəhid qəhrəmanlarımızın döyüş və ömür yolundan bəhsedən əsərlərin dərsliklərə salınması yaxşı olardı. Tarix boyu həmişə belə olub:gənc nəsillər qəhrəmanlardan örnək götürüblər. Biz sınaqdan çıxmış bu yolu uğurladavam etdirməliyik.

– Gələnil qələbənin 75-ci ilidir. Yəqin ki, Qələbə gününə sizin də töhfələrinizolacaq.

– Qələbənin 75 illiyiilə bağlı kitab çapa hazırlanır. Kitabda biz babalarımızın qəhrəmanlığı ilə bərabərBakı neftinin qələbənini qazanılmasındakı əvəzsiz rolundan da geniş bəhs edəcəyik.

– Nəzakət xanım, siz şairsiniz, əsərlərinizin ruhundan, məzmunundanhiss olunur ki, yaradıcılığınızın ana xəttini vətənə sevgi, igidlik və qəhrəmanlıqtəşkil edir.

– Söz böyük qüvvədir. Vətənpərvərlikhislərinin aşılanmasında poeziyanın rolu əvəzsizdir. Yaradıcı adamlar gözəl bilirlər ki, şeir eləbelə, heç nədən yaranmır. Qarşılaşdığın hansısa bir hadisə sənə təsir edir,duyğularını tərpədir. Böyük Vətən müharibəsi illərində yazılan şeirlərin həmön, həm də arxa cəbhədəki əsgərlərdə böyük ruh yüksəkliyi yaratdığını hamımızgözəl bilirik. Bugünkü şair və yazıçılar da bu mövzuda gözəl nümunələryaradırlar. Düşünürəm ki, döyüşən poeziyaya bütün zamanlarda ehtiyac var.Müharibə şəraitində yaşadığımız günlərdə biz bu mövzuya böyük diqqət yetirməliyik.Yaradıcı bir insan kimi şeir və poemalarımda sabahımızın əsgərlərinə, yurdumuzunkeşikçilərinə igidlik, qəhrəmanlıq və cəsurluq aşılamağa çalışıram. Bu gün yalnızsilahla deyil, qələmlə də döyüşməliyik. Yurdumuza keşik çəkən əsgərlərimizəarxa və dayaq durmalıyıq.

–Bu gün vətənin keşiyində dayanan zabit və əsgərlərimizə ürək sözlərinizədə eşitmək xoş olardı.

– Sözün həqiqi mənasındamən gündən-günə güclənən, qürdətlənən ordumuzla fəxr edirəm, qürur duyuram. SilahlıQüvələrimizin zabit və əsgərlərinə yalnız qələbə arzulayıram. İnanıram ki, Azərbaycanəsgəri işğal altında olan torpaqlarımızı azad edərək tarix yazaraq. Bizlər isəbunun canlı şahidi olacağıq.

Söhbəti yazdi:

Vahid MƏHƏRRƏMOV