Rəşad Sadıqov millidən gedir - AFFA təsdiqlədi
Futbol üzrə 2018-ci il dünya çempionatının Çexiya yığması ilə seçmə qrup oyunu Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov üçün vida matçı olacaq.
Adalet.az bildirir ki, bu barədə AFFA-nın saytına Sadıqovun özü açıqlama verib. O, Çexiya ilə matçın Azərbaycan millisi üçün cari seçmə mərhələdə son ev qarşılaşması olduğunu nəzərə alaraq bu qərarı verdiyini deyib: "Bütün sualları oyunöncəsi keçiriləcək mətbuat konfransında cavablandıracağam".
Qeyd edək ki, 2001-ci ildən əsas milli komandaya dəvət edilən Rəşad Sadıqov yığmanın heyətində 110 oyun keçirib.
Digər Xəbərlər
28 Aprel 2024 21:06
“Tottenhem” doğma meydanda “Arsenal”a məğlub oldu
28 Aprel 2024 20:00"Neftçi" "Turan Tovuz"u məğlub etdi
28 Aprel 2024 09:16Daha bir cüdoçumuz Avropa çempionu oldu
27 Aprel 2024 18:00FHN DİN-i məğlub etdi: Finala yüksəldi!
27 Aprel 2024 13:38