adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
20 Aprel 2016 12:58
74001
MÜSAHİBƏ

“Reklamdan uzaq adamam”- Millət vəkili - MÜSAHİBƏ

Mandat. O, hərkəsə qismət olmur. Gərək seçiləsən, xalqın tərəfindən seçilmiş olasan.Azərbaycanda hər 5 ildən bir, 125 nəfərə belə səadət nəsib olur: xalqını,onları seçənləri təmsil etmək. Ölkəmizdə Milli Məclisə növbəti seçki keçirildi.125 nəfər yeni mandate qazandı.

Beləliklə, Adalet.az saytının "Yeni Mandat”rubrikasının bugünkü qonağı 78 saylı LerikSeçki Dairəsindən millət vəkili seçilən İqbal Məmmədovdur.



-İqbal müəllim, seçkidə növbəti dəfə qələbəqazanaraq mandat əldə etdiniz. Qarşıdakı müdət ərzində hansı işlərin görülməsisizin üçün prioritetdir?

-Seçki zamanıqələbə, mənə yenidən etimad göstərərək namizədliyimi irəli sürmüş Yeni AzərbaycanPartiyasının nüfuzu, seçicilərimin inam və iradəsi nəticəsində qazanıldı. Bizpartiyamızın seçki platforması və "Yeni hədəflərə doğru” devizi ilə seçkidəiştirak etdik. Bu plan üzrə də işimizi təşkil edərək həyata keçirməkdəyik. Bizimhər birimiz üçün seçicilərimizin inam və etibarını itirməmək, onların bizə olanetimadını doğrultmaq əsas prioritetdir. Millət vəkilinin əsas iş prinsipinibirinci növbədə seçicisinin qayğı və problemləri təşkil etməlidir. Bizə bumandatı qazandıran seçicimizdir, onlarınarahat edən istənilən məsələ də bizim görəcəyimiz iş, qarşımızda duran vəzifədir.

-Deputatın əsas missiyası mandatı qazandığı seçicilərinproblemlərinin həllidir. --Maraqlıdır İqbal Məmmədovun seçicilərinin nə kimi problemləri var vəbunların həlli üçün hansı addımlar atılır?

-Təəssüfləqeyd edirəm ki, ümumiyyətlə ölkə ictimaiyyətində bu mövzuda yanlış fikirformalaşıb. Bəzən hətda kifayət qədər bilik və dünya görüşünə malik qələm əhlidə bu məsələni qarışdırmaqdadır. Xüsusi ilə regionlarda Deputatın imkan və səlahiyyətlərihaqqında həqiqəti əks etdirməyən düşüncə mövcuddur. Yəni mən seçiciyəm deyərək müraciətetməli olduğu instansiyanı fikirləşmədən, problemin həlli istiqamətində heç biraddım atmaq istəməyərək birbaşa deputata üz tutanlar çoxdur. Sən Deputatsansa hərişin həllinə qadir olmalısan. Məsələn: mənzillə təmin olunma, maddi yardım göstərilməsi,müvafiq işlə təmin və s. müraciətləri saymaq olar. Təbii olaraq belə müraciətlərinbir hissəsinin həlli imkan və səlahiyyətimiz xaricində olur, bir hissəsinəmüvafiq izahatlar verərək həll yolunu göstərir və ya aidiyyəti üzrə dövlətqurumlarına müraciətlər ünvanlayırıq. Eyni zamanda mən demək olar ki, hər aybir neçə dəfə təmsil etdiyim Lerik rayonuna səyahət edirəm. Keçirdiyim səyyar qəbullarzamanı bilavasitə müşahidə etdiyim problemlərlə bağlı Nazirlər Kabinetinin vəya müvafiq orqanlar qarşısında məsələ qaldırıram. Misal üçün ən son,rayonumuzun avtomobil yolunun bərbad vəziyyətdə olması və ətraf yaşayış məntəqələrinəsel təhlükəsinin qarşısının alınması məqsədi ilə Lənkərançay çayının hövzəsinəbənd bərkitmə işlərinin aparılması ilə bağlı müraciətlər ünvanlamışam.

-Milli Məclisdə Aqrar siyasət komitəsinin üzvüsünüz.Komitənin fəaliyyəti barəsində nə deyə bilərsiniz?

-Bildiyinizkimi möhtərəm Prezidentimiz tərəfindən 2015-ci il "Kənd təsərrüfatı ili” elanedilmiş və bu istiqamətdə müxtəlif fərman və sərəncamlar imzalanmışdır. Eynizamanda ölkə iqtisadiyyatının neftdən asılılığının azaldılması və qeyri neftsektorunun inkişafı istiqamətində son dövrlər kənd təsərrüfatı və aqrar sahəyədiqqət olduqca artmışdır. Bütün bu islahatlar çərçivəsində AzərbaycanRespublikası Milli Məclisinin Aqrar Siyasət Komitəsi də Eldar İbrahimovun rəhbərliyiilə çox məhsuldar iş prinsipinə malikdir. İstər bu sahədə qanunvericilikbazasının təkmilləşdirilməsi, istərsə də yerlərdə istehsalçılarla görüş vəmaarifləndirici dəstəyin verilməsi baxımından bunu rahatlıqla qeyd edə bilərəm.

-Millət vəkili kimi KİV-lərə açıq deyilsiniz. Bu nəilə əlaqədardır?

- MənimKİV nümayəndələri, xüsusi ilə sənəti üzrə mütəxəssis olan qələm əhli ilə kifayətqədər isti münasibətim var. Sadəcə xaraktercə reklamdan uzaq adamam. Atdığım həraddımı KİV nümayəndələrinə xəbər vermək mənə yad işdir. Lakin, istər Milli Məclisdə,istər rayonda, istərsə də hər hansı tədbirdə mənimlə görüşmək istəyən istənilənjurnalistə heç vaxt yox deməmişəm.

-AzərbaycanMilli Məclisini regionda yeri və rolu barəsində nə deyə bilərsiniz?

-AzərbaycanRespublikasının Milli Məclisi nəinki regionda bütün dünyada kifayət qədər böyüknüfuza malikdir. Beynəlxalq əməkdaşlıq çərçivəsində dünyanın əksər dövlətləriilə Parlamentlərarası əlaqələr üzrə işçi qrupları fəaliyyət göstərməkdədir.Bildiyiniz kimi Azərbaycan-Monteneqro Parlamentlərarası əlaqələr üzrə işçiqrupunun rəhbəri , bir neçə digər işçi qruplarının, eyni zamanda MDB ParlamentlərarasıAssambleyanın üzvüyəm. Bu qrupların tərkibində çox məhsuldar səfərlərimiz,qanunvericilik bazasının təkmilləşdirilməsi və nümunələrin incələnməsi yönündəolduqca səmərəli müzakirələrimiz və görüşlərimiz keçirilməkdədir. Beynəlxalqnüfuzlu tədbirlərə edilən dəvətlər, getdiyimiz ölkələrdə dövlət rəhbərləri tərəfindənkeçirilən qəbullar, alınacaq qərarlar zamnı bizim nümayəndələrin fikirlərinəverilən diqqət və önəm Parlamentimizin regionda əhəmiyyətli rolunu açıq şəkildəbiruzə etməkdədir.

-Adətən Millət vəkilləri ilə İcra Hakimiyyətləri vəya bir sıra məmurlar arasında müəyyən soyuqluq olur. Sizdə bu sarıdan nə kimiproblemlər var?

-Mən ölkəmizdəbelə bir hadisəyə rast gəlməmişəm. Möhtərəm Prezidentimizin dəfələrləxatırlatdığı kimi biz hamımız Azərbaycan xalqının xidmətçiləriyik. Bizim işprinsipimizdə şəxsi maraq mövzusu ola bilməz. Bizim əsas qayəmiz ölkəmizininkişafı və xalqımızın rifahıdır. Bu yolda görülən işlər, verilən təkliflər, hətdaedilən tənqidlər belə heç kimi incik sala bilməz və soyuqluğa səbəb ola bilməz.Buna görə də hər hansı məmurla aramızda ola biləcək problemdən söhbət belə gedəbilməz.

ƏdilƏdilzadə