“Reklam mətnlərinin üzərində təsadüfi tərcüməçilər çalışır” - MTRŞ
"Teleradio məkanında dil normalarının pozulması hallarına reklamlarda daha çox rast gəlinir".
Adalet.az "Report-a istinadən xəbər verir ki, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) monitorinq qrupunun üzvü, BDU-nun Azərbaycan dilçiliyi kafedrasının baş müəllimi Təranə İsmayılova "Xalq qəzeti"ndə dərc olunan məqaləsində bildirib.
Monitorinq qrupunun üzvünün sözlərinə görə, nəzərə alınmalıdır ki, ekran və efirdə dəfələrlə görüntülənən və eşitdirilən reklam mətnini zaman keçdikcə tamaşaçı və dinləyici bir norma, ədəbi fakt kimi qəbul edir: "Bu səbəbdən reklamların dil xüsusiyyətlərinə diqqət yetirmək çox vacib məsələdir. Çox təəssüf ki, efir-ekran reklamlarının ədəbi dil normalarına uyğun olanları yox dərəcəsindədir".
O bildirib ki, reklam mətnlərinin üzərində təsadüfi tərcüməçilər çalışır və ortaya bu sayaq qeyri-peşəkarlıq nümunələri çıxır: "Dilin qrammatik xüsusiyyətlərini bilmədən rus və ingilis dillərindən tərcümə edilən reklam mətnlərində əcaib, anlaşılmaz ifadə və sözlərin yaratdığı mənalar çox gülünc səslənir. Narahatlıq doğuran hallardan biri də reklam edilən məhsulların adlarının əcnəbi dildə (orijinalda olduğu kimi) yazılaraq tamaşaçıya göstərilməsidir. Reklamlarda göstərilən "Express kredit”, "Head & Shoulders”, "Melissa Group”, "Biopower”, "Mr. Fix”, "Dulce Gold” və s. kimi söz və ifadələrin yazılışı dilimizin imla qaydalarına uyğun deyil".
Digər Xəbərlər
02 May 2024 15:58
Asiya İnkişaf Bankının Departament direktoru Azərbaycan Səhiyyə Nazirliyində olub
02 May 2024 15:48Tatoyan:"Azərbaycanlıların 96,2% -i Zəngəzur, İrəvan və Göyçəni tarixi yurdu hesab edir"
02 May 2024 12:31Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi
02 May 2024 12:09Polislər deputatı doğulduğu kəndə buraxmadı: Video
02 May 2024 11:35