adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
31 Iyul 2019 12:35
15800
ƏDƏBİYYAT

Rauf Qərib Alagöz: TFU-TFU, MAŞALLAH






















Düşmən alıb yurdumuzu yurd edib,
Bizsə, onu söymək ilə məşğuluq.
Soyumuzu gordan edən soysuza,
Soyumuzu öymək ilə məşğuluq.

-"O atamız, bu babamız olubdur,
Ora, bura yurd-obamız olubdur,
Şərəf, qeyrət, ar əbamız olubdur”.
Amma kədər geymək ilə məşğuluq.

Dövr edirik buna rəğmən hovarda,
Qılıncımız paslanıbdır divarda.
Bizi vuran qalıbdır bir kənarda,
Dizimizi döymək ilə məşğuluq.

Tfu-tfu, maşallah bizlərə,
Məğrur-məğrur dik baxırıq üzlərə.
Nağıllara inandıqca, düzlərə
Boynumuzu əymək ilə məşğuluq.

Düşmən alıb yurdumuzu yurd edib,
Bizsə, onu söymək ilə məşğuluq.
Özümüzü özümüzdən edənə,
Özümüzü öymək ilə məşğuluq.