adalet.az header logo
  • Bakı -°C
03 Avqust 2026 09:00
108
MARAQLI
A- A+

DEYİMLƏR

İnsanın bəxtinin açılması yaşla baglı deyil! O bəxt 30 yaşında da açılar, 70 yaşında da ! Yetər ki, zəhmət çəkəsən, mücadilə edəsən və səbrli olasan!

***

Xalqın şairi Seyran Səxavət deyir ki, " insan bircə dəfə doğulduğundan, elə bircə dəfə də sevə bilərmiş..." Amma məhəbbət bircə dəfə ola, bilməz.Çünki o , şeir, musiqi  kimi Allah tərəfindən göndərilir. Allah tərəfindən göndərilən sevgiyə  " məhəbbət " - deyilir! Bunu ancaq sevən insanlar duya bilər!!!
 

***

Tək diriləri sevmək lazım deyil! Ölüləri də sevmək lazımdır.Elə ölülər var ki, dililərdən dostluğa daha sədaqətlidı. Mənim ölü( mənim üçün diri olan) dostlarım daha çoxdu!!!

***

O günü bir tanışım deyir ki,  70 yaşa çatana qədər böyük ümidlərlə yaşadım, amma heç bir arzum həyata keçmədi! Yaşım tamam olan günü həm arzularım öldü, həm də ümidlərim!!!

Emil Faiqoğlu