AQTA-dan vətəndaşlara çağırış: Çimərlikdə buna əməl edin!
Yay mövsümündə havanın temperaturunun yüksəlməsi qida məhsullarında mikroorqanizmlərin sürətlə çoxalmasına şərait yaradır və qida zəhərlənməsi riskini artırır. Bu səbəbdən istirahətə və ya piknikə gedərkən qida təhlükəsizliyi və şəxsi gigiyena qaydalarına riayət etmək vacibdir.
Bu barədə Adalet.az-a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Mütəxəssislər tövsiyə edirlər ki, piknik zamanı tez xarab olmayan və daşınması rahat qida məhsullarına üstünlük verilsin. Çiy ət daşındıqda portativ soyuducudan istifadə olunmalı, çarpaz çirklənmənin qarşısını almaq məqsədilə isə ət digər qidalardan ayrı və soyuducunun alt hissəsində saxlanılmalıdır.
Turizm və ictimai iaşə obyektlərində qidalanarkən masaların, qab-qacağın və istifadə olunan avadanlıqların təmizliyinə diqqət yetirilməlidir. Eyni zamanda, qida obyektlərində sanitariya-gigiyena tələblərinə əməl olunması və işçilərin şəxsi gigiyena qaydalarına riayət etməsi vacibdir.
Piknik zamanı qidalar təmiz səth və ya örtük üzərində saxlanılmalı, bişirilmiş yeməklər isti hava şəraitində iki saatdan artıq otaq temperaturunda qalmamalıdır. Əks halda, qidalarda bakteriyalar sürətlə çoxalaraq qida mənşəli xəstəliklərin yaranmasına səbəb ola bilər.
Sadə qida təhlükəsizliyi və şəxsi gigiyena qaydalarına əməl etməklə yay mövsümündə sağlam və təhlükəsiz istirahət etmək mümkündür.
Digər Xəbərlər
11 Avqust 2026 23:06
Ordubadda su elektrik stansiyası tikiləcək
11 Avqust 2026 15:49
Sabah çimərliklərdə hava şəraiti necə olacaq?
11 Avqust 2026 15:41
“Azərsun Holdinq” günəbaxan yağı istehsalını 4000 tona çatdıracaq - FOTOLAR
11 Avqust 2026 14:56
Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir
11 Avqust 2026 14:43
Bakıda torpaq qiymətləri bir ayda 4 % artıb
10 Avqust 2026 10:52
Bakıda velosiped və skuterlərdən istifadə rekord həddə çatdı
09 Avqust 2026 13:22
Sabah dənizə getmək istəyənlərin nəzərinə!
08 Avqust 2026 16:09


Bakı -°C

