Haqqı yeyilən adamlar...
" Quranı -Kərim" də buyurulur ki, qulun təri soyumamış onun halallığın almaq lazımdır. Çünki haqqa girmək ən böyük günahlardan sayılır. Dünyada o qədər haqqı yeyilən adamlar var ki! Bax , onların ahı gec- tez o tamahkararı tutacaq .
İntəhası bunun geci- tezi var! Allah Üzeyir Hacıbəyliyə rəhmət eləsin! " O olmasın, bu olsun" filmində bu məsələni bir daha yada salır. Məşədi İbad bütün adı bəy özü geda olan dələduzlar pul verir, amma belini şikəst elədiyi hambala bir abbasi vermir. Hambal da pul istəyəndə ya özünü eşitməzliyə vurur, ya da hambalın başına bir qapaz vurur! Bir usta deyir ki, varlı adam məni altı ay eşşək kimi işlətdi, altı min manat pulumu vermədi.Pul verməməyi cəhənnəm, axırda da mənim döydü. Hara getdim şikayətimə baxmadılar, onu müdafiə elədilər.
Əlacım hər yerdən üzüləndən sonra Allah şıkayət etdim. Villasının dəyəri bir milyondan çox olardı. Bir gün eşitdim ki, həmin villa yanıb , kül olub. O varlı adam axtarıb məni tapdı və pulumu artıqlaması ilə ödədi. Dedi ki, sənin qarğışın məni tutdu! İndi cənab vəzifəli adamlar, insanların alın təri ilə qazandıqları pulu həmin adamlara verin və onların haqlarına gırməyin! Çünki onlar qarqış edər və qarqış sizi tuta bilər! Və haqqa girməkdən qorxun!!
Emil FAİQOĞLU


Bakı -°C

