Fotonun alt sətri nə idi?
“Və niyə məhz belə bir foto ilə Prezident mesajını qeyri-siyasi təqdimatla bəyan etdi? İnsan öz evində rahat olur, sərbəst davranır və bu, onun ən qabarıq instinktidir. Lakin Zəngilandan, İlham Əliyevin istirahət və qələbə mesajı verdiyi nöqtədən Ermənistana aşağı-yuxarı 3 km olar, olmaz. İstirahət hüquqdan əvvəl arxayınlıq, təhlükəsizlik və özünəinamın təcəllisidir ki, kimsə onu orada təhdid edə bilməz”.
Adalet.az xəbər verir ki, bunu politoloq Əziz Əlibəyli deyib.
“Qalibiyyətin işarəsini isə görüşdə zatən bəyan etmişdi:“Biz istəmirdik ki, Ermənistanla savaşaq və onu məcbur qalaraq məğlub edib, özümüzdən asılı vəziyyətə salaq”. Zatən Ermənistandakı seçkilərin baş şüarı da bu deyilmi? “Paşinyan Əliyevin vassalıdır”, — deyir müxalifət.Yeri gəlmişkən, burada zidd heç nə yoxdur, təbiidir və bu əsər də Prezident Əliyevin gücünün ifadəsidir. Sadəcə Paşinyan örnəyini Koçaryana, Karapetyana da göstərdi ki, revanşizmin fərqli aqibəti ola bilməz və erməni xalqı üçün hazırda açılan qapıları birilərinə görə əbədi bağlamağa dəyməz.Koçaryan demişkən, bu əcaib varlıq seçkilər çərçivəsində Göyçənin Şişqaya kəndinə gəlib, bir xeyli də sərsəmləmələrdə bulunub.Amma xatırlatmaqda fayda var:General Madatovun başını külləyib Qarabağın kəndlərini Mehdiquludan aldığı dövrü çoxdan bizdə qapadıblar. Allah Ələsgərə rəhmət eləsin, Göyçə torpağı da sevənləri üçün müqəddəsdir, oradan da Qarabağ qoxusu gəlir.Belə bir fotonu Göyçə sahilində də görəcəyik, lakin dediyimiz kimi, işğalla deyil”, - deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
14 May 2026 11:05
İlham Əliyev paraqvaylı həmkarını təbrik etdi
14 May 2026 10:58
"BMT Təhlükəsizlik Şurasının strukturu müasir reallıqları əks etdirmir" - Prezidentin köməkçisi
14 May 2026 10:33
Hikmət Hacıyev: "Azərbaycan onların qarşılaşdığı problemləri tam şəkildə anlayır"
14 May 2026 10:21
ABŞ-İran arasında danışıqlar prosesi dalana dirənib – Politoloq
14 May 2026 10:14
“Hakimiyyəti tənqid etmək çox hallarda dövlətə nifrət sayılmır”
14 May 2026 10:13
“Paşinyanı rəzil edən adam – Mütəllibovun son xidməti...”
14 May 2026 09:49
Sahibə Qafarova Özbəkistana GETDİ
14 May 2026 09:45


Bakı -°C

