“Zəngəzur dəhlizinin istifadəyə verilməsi region üzərindən daha çox yüklərin...”
“Prezident İlham Əliyevin 2026-cı il 4 may tarixində bir sıra ölkələrin və Avropa təşkilatlarının rəhbərlərinin iştirakı ilə keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışı, bir neçə əsas mesaj üstündə qurulmuşdur. Çıxışda Azərbaycan və Ermənistan arasındakı iqtisadi əlaqələrə toxunuldu. Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması isitqamətində ciddi addımların atıldığı, bu günədək Azərbaycan ərazisindən Ermənistana 28 min ton yükün çatdırıldığı və 12 min ton neft məhsullarının ixrac olunduğu bildirildi”.
Adalet.az xəbər verir ki, bunu millət vəkili Ceyhun Məmmədov deyib.
Millət vəkilinin sözlərinə görə, Zəngəzur dəhlizinin istifadəyə verilməsi region üzərindən daha çox yüklərin daşınmasına, eyni zamanda region ölkələrin bundan daha çox faydalanmasına imkan yaradacaq:
“Bu ticarət münasibətlərinin başlanması deməkdir. Daha sonra, Prezident çıxışında Avropa Parlamentini Azərbaycanla Ermənistan arasında sülh prosesini sabotaj etməyə yönələn addımlar atdığını bildirdi və Avropa Parlamentini sərt tənqid etdi.Avropa Parlamentinin Azərbaycan əleyhinə qərəzli və təxribat xarakteri daşıyan fəaliyyəti artıq sistemli və ardıcıl xarakter alıb. Bu fəaliyyətə son qoyulmalıdır. Görünən odur ki, onların bu təxribatlardan əl çəkmək niyyətləri yoxdur. Bu da aydın görünür ki, bütün cəhd və təxribatlara baxmayaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın torpaqlarını azad etməsi, müstəqil siyasət həyata keçirməsi onları ciddi narahat edir. Qeyd etmək istəyirəm ki, Avropa Parlamenti Azərbaycan Prezidentinin mesajından nəticə çıxarmalıdır. Bu təxribatlar, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın həyata keçirdiyi prinsipial və qətiyyətli siyasətə təsir göstərə bilməz. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha böyük uğurlara imza atacaq. Xalqımızı qarşıda daha böyük uğurlar gözləyir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
14 May 2026 18:56
Sahibə Qafarova Buxarada Forumda iştirak etdi - FOTOLAR
14 May 2026 18:23
Trampın Çin səfərindən "əli dolu" dönəcəyi inandırıcı görünmür - Səxavət Məmməd yazır
14 May 2026 13:52
“ABŞ və Qərb Çinin daha da böyüməsini istəmir”- VİDEO
14 May 2026 11:05
İlham Əliyev paraqvaylı həmkarını təbrik etdi
14 May 2026 10:58
"BMT Təhlükəsizlik Şurasının strukturu müasir reallıqları əks etdirmir" - Prezidentin köməkçisi
14 May 2026 10:33
Hikmət Hacıyev: "Azərbaycan onların qarşılaşdığı problemləri tam şəkildə anlayır"
14 May 2026 10:21
ABŞ-İran arasında danışıqlar prosesi dalana dirənib – Politoloq
14 May 2026 10:14


Bakı -°C

