“Əgər məktəbdə iş tərbiyə, nəsihət, psixoloq söhbətindən ötübsə...”
“Orta məktəblərdə baş verən xoşagəlməz hadisələr məktəb polisinin yaradılmasını zəruri edir. Məktəblərlə, şagirdlərlə daha ətraflı məşğul olmaq üçün polisə əlavə səlahiyyətlər verilməlidir. Vəziyyət onu göstərir ki, bıçaqlaşma və digər mənfi hadisələrin daha geniş vüsət almaması üçün məktəb tərbiyəçisi, psixoloq yaxud valideynlərin ümidinə qalmaq olmaz. Xoşagəlməz hadisələr zamanı məktəblə valideyn təqsiri bir-birinin üstünə atır. Bu mənzərə uzun illərdir beləcə davam edir. Nəticədə də təhsil sahəsində, məktəblər haqqında xoşagəlməz obraz yaranır”.
Adalet.az xəbər verir ki, bunu ilahiyyatçı Tural İrfan deyib.
O, vəziyyəti polisin düzəldəcəyinə inandığını bildirib:
“Lazım gələrsə valideyni də çağırıb xəbərdarlıq edər, hüquqi məsuliyyətini izah edər, övladına nəzarət edəcəyi haqda dilindən iltizam alar. Toplumun xarakteri belədir ki, bir nəsihəti müəllim yaxud mülki şəxs edəndə qulaqardına vurur, ancaq polis praflaktik söhbət aparanda, bir az zəhmli xəbərdarlıq edəndə canına istilik keçir, özünü düzəldir. Məktəblərdə baş verən xoşagəlməz olaylar bəzi şagirdlərin cinayətə meylinin artma tempindən xəbər verir. Əgər iş tərbiyə, nəsihət - vəsiyyət, psixoloq söhbətindən ötübsə demək bu məsələlərlə mütləq güc qurumu məşğul olmalıdır. Vəziyyət daha da acınacaqlı duruma gəlmədən bu barədə düşünülməlidir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
29 Aprel 2026 11:05
Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək
29 Aprel 2026 10:13
Qəbul imtahanının 2-ci mərhələsinə qeydiyyat başa çatır
28 Aprel 2026 14:41
Azərbaycan Universitetinin həmtəşkilatçılığı ilə Türkiyədə növbəti elmi konfrans keçirilib
28 Aprel 2026 13:19
Azərbaycanlı şagird dünya birincisi oldu
28 Aprel 2026 12:52
5 mindən çox şagird intizam tədbirinə cəlb olunub
28 Aprel 2026 12:50
Attestatlar elektron formada təqdim olunacaq
28 Aprel 2026 12:21
Şagirdlərin 1-ci sinifə elektron qəbulu bu tarixdə başlayır
28 Aprel 2026 12:21


Bakı -°C

