adalet.az header logo
  • Bakı -°C
29 Aprel 2026 12:29
58
ŞOU-BİZNES
A- A+

Aytən Məhərrəmova: “Sinifin zəifindən qorxun”

Aytən Məhərrəmova tələbəlik illərində yaşadığı  çətinliklərdən  danışıb.

Adalet.az xəbər verir ki, o musiqi kollecində oxuduğu illərdə ən zəif tələbə olduğunu etiraf edib:

“Mən musiqi kollecində oxuyanda sinifdə ən zəif tələbə idim. Öz bacarığımı göstərə bilmirdim. Müəllimlərdən, qrup yoldaşlarımdan utanırdım. Elə bilirdim ki, heç kəs ifamı bəyənməyəcək və ya mənə güləcəklər. Sonra Milli Konservatoriyaya qəbul oldum. Orda Mənsum İbrahimov dedi ki, infin zəifindən qorxun. Çünki psixoloji olaraq güclülər arxayın olur.  Zəiflər isə illərlə yığılıb qalan hirslərini birdə- birə üzə çıxarırlar.Məndə də həmin prosses oldu. Birdən- birə istedadı göstərə bildim. Düşünürəm ki, o utancaqlığıma qalib gəldim”.

Əntiqə