“İran müsəlman dünyasına problem yaratmadan yaşaya bilmir”
“İranın Bəhreynə göz dikməsinin nəticəsi Səddamın Küveyti tutmasının aqibəti kimi ola bilər. Səddam heç də özbaşına Küveytə daxil olmadı. Onun sonunu tezləşdirmək üçün İranla savaş bitdikdən sonra dərhal ikinci münaqişəyə cəlb etməli idilər. İraqın nüfuzuna məhz Küveyt məsələsində ciddi zərbə dəydi, ordusu dağıdıldı, ölkənin bölünməsinin təməli qoyuldu. Halbuki Küveytə daxil olmazdan qabaq ABŞ-nin İraq səfiri bu məsələyə "ərəblərin daxili işi" kimi baxdıqlarını və qarışmayacaqlarını demişdi”.
Adalet.az xəbər verir ki, bunu siyasi şərhçi Tural İrfan deyib.
O, bildirib ki, fəqət Səddam Küveyti ilhaq etdikdən dərhal sonra ona qarşı kollektiv Qərb 1 milyon ordu ilə böyük xaç yürüşünə start verib İraq ordusunu geri oturtdu:
“Mümkündür ki, hazırda İran daxilində Qərbin, xüsusilə də Britaniya, ABŞ və İsrailin gizli agentura şəbəkəsinin əli ilə təhrikçi planlar hazırlanır. ABŞ özünü məğlub kimi göstərib İranı Bəhreyni işğal etməyə həvəsləndirir. İran da savaşı ölkəsindən kənara daşımaq istəyir. Lakin İran buna həqiqətən də əl atarsa şübhəsiz ki, tələyə düşəcək. Bəhreyn əhalisinin fars dilində danışması və özlərini iranlı hesab etməsi tamamilə cəfəngiyyatdır. Lakin Bəhreyndə orta əsrlərin məzhəbçi - Qərməti ideologiyasının bünövrəsi qalmış ola bilər ki, İran ona pənahlanır. Qərmətilər İmam Cəfər Sadiqin böyük oğlu İsmaili sonuncu qaib İmam qəbul edən məşhur İsmaili məzhəbinin davamçıları idi. Eyni məzhəbdən olan Fatimilər Misirdə dövlət quranda xəlifələri növbəti İmam ünvanı ilə təqdim edirdilər. Qərmətilər buna etiraz edib sırf 7 imamlı qaldılar. Lakin məzhəbi daha qatı, mühafizəkar qaydalara tabe etdilər. Doğrudur, kommunizmə bənzər sosial sistem qurub əsasən qulların haqlarını müdafiə edirdilər”.
Onun sözlərinə görə, lakin Həcc ziyarətində toplanan maddi gəliri ələ keçirmək üçün Məkkəyə hücum edib Kəbəni odladılar, sonra dağıtdılar:
“Zəvvarları doğrayıb Zəmzəm quyusuna doldurdular. Qara Daşı ortadan ikiyə parçalayıb Bəhreynə aparıb öz liderlərinin ayağının altına, pilləkəninə qoyub təhqir etdilər. Qara Daş 22 ildən sonra onlardan geri alındı. Qərmətilərin ideyasına görə əslində daşın yox diri İmamın, yaxud onun nümayəndəsinin başına dolanmaq lazım idi. Beləcə onlar krallarının sarayını təvaf edib Həcc icra edirdilər. Həşşaşilər kimi onları da o dövrün terror dövləti adlandırmaq olardı. Çünki çoxsaylı qatı cinayətlər, müsəlman liderlərə qarşı sui-qəsdlər, terror aktları icra edirdilər. 11-ci əsrin sonlarında Abbasi və Səlcuqluların dəstəyi ilə Uyunilər bu terror dövlətini dağıtdı. Hərəkatı başlayanlar ərəb əsilli olsalar da təhrif edib radikallaşdıran, digər müsəlmanlara qarşı amansız və barışmaz edən Sasani qalıqları olan farslar idi. Sosial ədalət şuarı ilə bir hərəkat şəklində ortaya çıxan Qərmətilərin sonda farslar sayəsində terror dövlətinə çevrilməsi, ideoloji böhran yaradıb daxili tənəzzülə gətirdi”.
T.İrfan deyib ki, belə ki, 931-ci ildə bir fars gəncinin "Mehdi" elan edilməsi və onun İslam qanunlarını ləğv edərək Zərdüştlük ənənələrini bərpa etməyə çalışması hərəkat daxilində böyük şok yaratdı:
“Bu hadisə bir çox tərəfdarın uzaqlaşmasına səbəb oldu. Hazırda İranın "Keyhan" qəzeti təbii ki, bunları yazmaz. Qəzet iddia edir ki, guya Bəhreyn əhalisi farsdır və özlərini iranlı sayır. Tamamilə əsassız iddiadır. Sadəcə vaxtilə farsların əhalini ideoloji cəhətdən zəhərlədiyi, ənənəvi İslama və müsəlmanlara qarşı terrora təhrik etdiyi tarixi həqiqətlərdir. 50 dən çox adadan təşəkkül tapan hazırki Bəhreyn krallığında əhalinin yarısı şiə, yarısı sünnidir. İdarə əl Xəlifə sünni qəbiləsinə məxsusdur. Hizbullahın İranın əlindən çıxması, silahı yerə qoyması barədə hazırda Livan-İsrail danışıqları gedir. İran müsəlman dünyasına problem yaratmadan yaşaya bilmir. Əgər Livan əldən çıxası olsa Bəhreyndə növbəti "Hizbullah" ı yaradıb indi də Körfəzi İsrail soyqırımına qurban etmək istəyir.Bu günkü bütün radikal və terrorçuluğa meylli, özünü müsəlman məzhəbi adlandıran təriqətlərin hamısının lideri yaxud ideya müəllifi iranlıdır, farsdır. Bu gün Suriyaya xəyanət edib İsrailə satılan Druz təriqətinin də qurucusu Fatimi xəlifəsi Hakimin fars vəziri Həmzə bin Əlidir. Xəlifə Osmanın, Əlinin öldürülməsinə rəvac verən, xilafətə qarşı ilk üsyanı körükləyən də Yəmən əsilli, yarı yəhudi, yarı fars olan Abdullah bin Səbədir. İmam Əli onu və tərəfdarlarını quyuya töküb diri - diri yandırmışdır. Bu silsiləni çox uzatmaq olar. Lakin məsələ ondan ibarətdir ki, farslar və İran nəfəsli quruluşlar tarixən müsəlmanların birliyini pozub, mütəmadi şəkildə xəyanət edib, düşmən dəyirmanına su töküb. Mümkündür ki, ABŞ İran əli ilə Bəhreyn də daxil olmaqla Körfəz ölkələrini təhdid edərək tamamilə nəzarətinə keçirmək istəyir və İranla danışıqlar da bunun üzərindən aparılır. Çünki danışıqlar başlayan kimi İran Bəhreynə "göz dikəsi" oldu”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
17 Aprel 2026 20:10
Cənubi Qafqazda real sülh mövcuddur - Prezidentin köməkçisi
17 Aprel 2026 19:46
Ermənistandan Azərbaycana bəzi məhsulların ixracı gözlənilir - Kostanyan
17 Aprel 2026 19:26
Prezident və xanımı Antalyada Forumun açılışında iştirak etdilər - YENİLƏNİB
17 Aprel 2026 19:17


Bakı -°C

