adalet.az header logo
  • Bakı -°C
05 Mart 2026 13:41
102
SİYASƏT
A- A+

“Xudafərində qarşımızı kəsənləri...” – Politoloq 

“İran dronlarla ölkəmizin ən həssas ərazisini vurur.Azərbaycan xarici işlər nazirliyi açıqlama yayır. Heç vaxt xisləti dəyişməyən, İran agenturasına bağlı şəxslər yenə də ağalarının təəssübünü ələ vermir. Ölkəsi bombalanır ortaya mövqe qoymur, hələ durub kərimə dövləti arzusuyla yaşayırlar”.

Adalet.az xəbər verir ki, bunu politoloq Əziz Əlibəyli deyib. 

“Siz Allah, hazırkı İranın islama, şiəliyə nə dəxli var? Öz dədə-babasının məzarını unudanlar, hansısa bir fırıldaqçıdan, şarlatandan ötrü özünü öldürür, mənsub olduğu xalqın qürurunu özü qədər ayaqlar altına atır və ruhuna ehsan verir.Ölkəmizi vurublar eO ölkəni ki, dünyada real müharibə aparan və qalib gələn orduya malikdir. Unutmayacağıq! Xudafərində qarşımızı kəsənləri, dədə-baba evlərimizi son taxtasına qədər söküb aparanlar”, - deyə o, bildirib.

Vasif ƏLİHÜSEYN