Ukrayna səfirliyi İranın Naxçıvana dron hücumlarını pislədi
Ukraynanın Azərbaycandakı səfirliyi İranın Naxçıvana dron hücumlarını pisləyib.
Adalet.az səfirliyə istinadən xəbər verir ki, diplomatik nümayəndəlik İran PUA-larının Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisinə hücumu barədə məlumatları diqqətlə izləyir.
Ukrayna səfirliyi Azərbaycana dəstək və həmrəyliyini ifadə edib: “Hamını qlobal təhlükəsizliyə, eləcə də xalqlarımızın gələcəyinə xələl gətirən rejimlərə qarşı mübarizəni gücləndirmək üçün birləşməyə çağırırıq”.
Məlumatda İran dronlarının çoxdan terror alətinə çevrildiyi xatırladılıb, məhz bu silahın İran rejimi tərəfindən Ukrayna şəhərlərinə, mülki infrastruktura və dinc əhaliyə zərbələr endirmək üçün istifadə edildiyi vurğulanıb.
Açıqlamada Ukraynanın xarici işlər naziri Andrey Sibiqanın “İran rejimi on illərdir bölgəni terror edir, digər ölkələrə qeyri-sabitlik gətirən terror qruplaşmalarını dəstəkləyir və maliyyələşdirir” fikirlərinə də yer verilib.
“Ukrayna beynəlxalq hüquqa, ləyaqətə və insan həyatına xor baxan rejimlərin hansı təhlükə yaratdığını yaxşı bilir”, - açıqlamada qeyd olunub.
Digər Xəbərlər
05 Mart 2026 16:48
"Azərbaycan dövləti İranda yaşayan bir çox azərbaycanlılar üçün ümid yeridir" - İlham Əliyev
05 Mart 2026 16:40
"Diplomatik addımlar atılacaq" - Prezident
05 Mart 2026 16:33
"Bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirmək?!" - İlham Əliyev
05 Mart 2026 16:30
Azərbaycan Silahlı Qüvvələri səfərbərlik vəziyyətinə gətirilib
05 Mart 2026 16:25
"Bu şərəfsizlər peşman olacaqlar" - İlham Əliyev
05 Mart 2026 16:23
"İranda bunu unutmasınlar" - Prezident
05 Mart 2026 16:23
"Azərbaycan İrana qarşı əməliyyatlarda iştirak etmir və etməyəcək" - Dövlət başçısı
05 Mart 2026 16:20


Bakı -°C

