adalet.az header logo
  • Bakı -°C
10 Fevral 2026 11:59
62
SİYASƏT
A- A+

“Azərbaycanın nəbzini yoxlamağa ehtiyac yoxdur, dəfələrlə deyilib ki...”

“Azərbaycan və Türkiyə xarici işlər nazirləri Ceyhin Bayramov və Hakan Fidan fevralın 8-də telefonla danışıblar. Telefon danışığı zamanı regional təhlükəsilzik məsələləri, o cümlədən Azərbaycanla Türkiyə arasında ikitərəfli müttəfiqlik münasibətləri çərçivəsində əməkdaşlıq məsələləri, beynəlxalq təşkilatlar və çoxtərəfli platformalarda birgə səylər müzakirə edilib. Bununla yanaşı, Yaxın Şərqdə vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi, eləcə də digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb”.

Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. 

Politoloq bildirib ki, “Şuşa bəyannaməsi”ndən irəli gələrək strateji müttəfiqlər olan Azərbaycan və Türkiyə xarici və təhlükəsizlik siyasətlərinin koordinasiyasını həyata keçirirlər:

“Xarici işlər nazirlərinin mütəmadi telefon danışıqları bu siyasətin tərkib hissəsidir. ABŞ vitse-prezidenti Ceyms Vensin bir neçə gündən sonra Azərbaycana səfəri və Bakıda müzakirə edəcəyi mövzular Türkiyəni də maraqlandırır. Bundan əvvəl İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri Əziz Nəsirzadənin başçılıq etdiyi nümayəndə heyətinin Bakıya gəlişi də Ankaranın diqqətini çəkib. İran üçün indiki ağır vəziyyətdə bu ölkənin müdafiə nazirinin Azərbaycana səfəri sıradan hadisə deyildi. ABŞ ilə müharibənin başlayacağı halda İran qonşularının nəbzini yoxlayır. Halbuki, Azərbaycanın nəbzini yoxlamağa ehtiyac yoxdur, dəfələrlə deyilib ki, ölkəmiz bölgədə gərginliyin əleyhinədir və hər hansı ölkənin Azərbaycan ərazisindən qonşusuna qarşı istifadəsinə icazə verməyib və verməyəcək”.

O, deyib ki, Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğanın vaxtilə münasibətlərində sualları olan Səudiyyə Ərəbistanı və Misirə səfəri isə Azərbaycanda maraqla qarşılanıb:

“Azərbaycanın hər iki ölkə ilə hər zaman yaxşı münasibətləri olub. Bu arada, Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə arasında üçtərəfli müdafiə müqaviləsinin hazırlandığı barədə xəbərlər yayılıb. Belə bir hərbi-siyasi ittifaq formalaşarsa Azərbaycanın da qoşulması məsələsi gündəmə gətirilə bilər. Göründüyü kimi, Türkiyə və Azərbaycan xarici işlər nazirlərinin müzakirə etməyə kifayət qədər mövzusu var”.

Vasif ƏLİHÜSEYN