Sənəd problemi qazsız evlər yaradır: Razi Nurullayevdən çıxış yolu təklifi
Milli Məclisin üzvü Razi Nurullayev “Qaz təchizatı haqqında” qanunvericiliyə operativ dəyişikliklərin edilməsinin vacibliyini gündəmə gətirib.
Adalet.az-ın xəbərinə görə, deputat hesab edir ki, yaşayış evi rəsmi mülkiyyət sənədləri ilə rəsmiləşdirilməyən vətəndaşların da qazla təmin olunmasına hüquqi imkan yaradılmalıdır.
Onun fikrincə, bu problem artıq texniki məsələ olmaqdan çıxıb və sosial-humanitar böhran xarakteri alıb.
Bir çox kənd və qəsəbələrdə qaz xətləri evlərin lap yaxınlığından keçsə də, sənədləşmə ilə bağlı çətinliklər səbəbindən insanlar qış aylarında istiliksiz qalır.
Nurullayev vurğulayıb ki, vətəndaşa “sənədin yoxdur, gözlə” demək reallıqdan uzaq yanaşmadır: qaz borusu göz önündə olduğu halda evlərin soyuq qalması nə məntiqə, nə də sosial ədalət anlayışına sığır.
Deputat alternativ istilik mənbələrinin də faktiki olaraq əlçatmaz hala gətirildiyini qeyd edib.
Odun tədarükünə qoyulan məhdudiyyətlər, ağac kəsilməsinə görə cinayət məsuliyyəti və kömürün baha olması əhalini çıxılmaz vəziyyətə salır.
Onun sözlərinə görə, əgər dövlət hansısa yanacaq növünü qadağan edirsə, mütləq alternativ çıxış yolu da təqdim etməlidir. Əks halda bu yanaşma islahat deyil, sadəcə laqeyd münasibət kimi dəyərləndirilə bilər.
Razi Nurullayev bildirib ki, onilliklər ərzində yaranmış sistemli problemlərin birdən-birə vətəndaşların üzərinə yüklənməsi nə realdır, nə də ədalətli.
Deputat təklif edib ki, qaz çəkilişi zamanı icra hakimiyyətinin verdiyi arayış hüquqi əsas kimi tanınsın. Qazlaşdırılmamış ərazilərdə isə dövlət tərəfindən odun və kömür təminatı həyata keçirilsin və ya bu yanacaqların nəzarətli şəkildə tədarükünə icazə verilsin.
Onun fikrincə, insanları “ya donmaq, ya da qanunu pozmaq” dilemması ilə üz-üzə qoymaq nə dövlətçilik prinsipinə, nə də sosial ədalət anlayışına uyğundur.
Digər Xəbərlər
25 Mart 2026 20:19
"Ermənistan və Azərbaycan arasında sülh artıq öz etibarlılığını sübut edib" - Mirzoyan
25 Mart 2026 18:11
Sahibə Qafarova ilə görüşdə Azərbaycana təşəkkür etdi - FOTOLAR
25 Mart 2026 11:37
İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
25 Mart 2026 11:01
“Müharibənin daha üç il davam etməsi silah-sursat qıtlığına səbəb olacaq”
25 Mart 2026 10:07
“ABŞ-nin Tehranda dəyişə bilmədiyi rejimlə əməkdaşlığı təəcüblü deyil...”
25 Mart 2026 10:05
“İsrailin İrana qarşı müharibəsi davam etsə də...” – Politoloq
24 Mart 2026 15:41
Sahibə Qafarova Çinə səfər etdi - FOTO
24 Mart 2026 10:11


Bakı -°C

