Ödənişli yollarda sürət həddi müəyyənləşir
Ödənişli avtomagistrallarda sürət həddi müəyyənləşəcək.
Adalet.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan “Yol hərəkəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsində yaşayış məntəqələrindən kənarda minik avtomobilləri və icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobilləri üçün sürət həddinin saatda 130 kilometr, digər avtobuslar, yedəyində qoşqu aparan minik avtomobilləri, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri üçün isə saatda 90 kilometrdən çox olmayan həddə müəyyən edilməsi təklif olunur.
Qeyd edək ki, ölkəmizdə avtomagistraldan ödənişli yol kimi istifadə edilməsi qaydaları Nazirlər Kabinetinin 2019-cu il 6 mart tarixli Qərarı ilə müəyyən edilib.
Xatırladaq ki, “M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni avtomobil yolunun 129 kilometrlik hissəsinin ödənişli yol kimi müəyyən edilməsinə dair tədbirlər haqqında” Nazirlər Kabinetinin 2023-cü il 5 sentyabr tarixli Qərarı qəbul edilib.
Digər Xəbərlər
07 Mart 2026 17:57
Axşam saat 22- dən sonra...
07 Mart 2026 12:43
Avtomobil ustalarının fırıldağı: Ehtiyat hissəsini bir maşından oğurlayıb, digərini təmir edirmişlər
06 Mart 2026 08:38
Bakıda bu yollarda tıxac var - SİYAHI
04 Mart 2026 12:18


Bakı -°C

