Köhnə liftlər...
İnsanların ən çox əziyyət çəkdiyi xidmət sahələrindən bir liftdir. Xüsusilə də yüksək mərtəbələrdə yaşayanlar lift olmayanda, daha doğrusu, lift işləmiyəndə daha çox əziyyət çəkirlər. Düzdür, yeni tikilmiş çox mərtəbəli binalarda liftlər daha müasir və yenidir.
Amma bəzən görürsən ki, o liftlər də istismar zamanı sıradan çıxır və bəzən qəza yaranır. Təbii ki, bununda obyektiv və subyektiv səbəbləri var. Gərək hər sakin mövcud qaydalara , təlimatlara əməl eləsin.Bəzən görürsən ki, liftə nəzərdə tutulduğundan artıq sakin minir. Bu da həmin liftin tez sıradan çıxmasına, hətta qəzaya səbəb olur. Bununla yanaşı ötən əsrin 80- ci illərində tikilmiş binaların liftləri daha təhlükəlidir.
Çünki onların çox istismar müddətini artıq çoxdan başa vurub. Ancaq buna baxmayaraq, yenə ondan istifadə edilir.Belə də olanda o liftlər tez xarab olur. Bir çox hallarda isə liftə minəndə sakinlər mövcud qaydalar əməl etmir, üç nəfər adam əvəzinə , beşi minir. Nəticədə həmin lift ağır yükə tab gətirməyərək yarıyolda qalır. Hələ bu azmış kimi, elə vaxt olur ki, sakinlər bu liftlərdə ağır əşyalar da aparırlar.
Lakin lift pulun vermək vaxtı gələndə bu borcu ödəməkdən boyun qaçırırlar. Ümumiyyətlə, Bakıda ötən əsrin 80- ci illərdə inşa olunmuş binaların hamısında köhnə liftlər yenilənməlidir! Təəssüf ki, aidiyyəti qurum bunu eləmir, müxtəlif bəhanələr bundan yayınırlar. Bu da son nəticədə liftdən istifadə edən sakinlərin çətinliklə üzləşməsinə və narahatlığına gətirib çıxarır!!!
Emil FAİQOĞLU
Digər Xəbərlər
05 Aprel 2026 10:12
Çəpiş ətinə tələbat niyə artıb?
03 Aprel 2026 16:11
Sabahdan yağış başlayır - XƏBƏRDARLIQ
03 Aprel 2026 13:10
Şənbə günü intensiv yağış yağacaq, şimşək çaxacaq
03 Aprel 2026 12:23
Azərbaycana turist axını azalıb
03 Aprel 2026 11:23
Əhmədbəyli–Füzuli–Şuşa yolu ödənişli olacaq
02 Aprel 2026 23:03
Xərclənən pullar hara gedir? - İndi də Bakı-Qazax yolu - VİDEO
02 Aprel 2026 16:43
Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
02 Aprel 2026 16:35


Bakı -°C

